Ədviyyatlar immun sistemini gücləndirən vasitələrdən biridir

Ədviyyatlar immun sistemini gücləndirən vasitələrdən biridir

Bakı. Trend:

Ədviyyatlar bitkilərin təzə, qurudulmuş və üyüdülmüş müəyyən hissəsidir. Əslində ədviyyat bitkiləri ədviyyat və ətirli otlar olmaqla 2 qrupa ayrılır. Yeməklərin ətrini və dadını daha da artırmaq üçün təzə və ya qurudulmuş halda şüyüd, reyhan, tərxun, nanə, cəfəri, keşniş, kəvər, turşəng, kərəviz, kəklikotu və digər ətirli otlardan istifadə edilir. Ədviyyatlar isə qida məhsullarının ləzzətini artırır. Azərbaycan mətbəxində geniş istifadə edilən əsas ədviyyatlara mixək, darçın, qara istiot, zəfəran, sumaq, sarıkök, zəncəfil, cirə, razyana və digərləri daxildir. Hər bir ədviyyat faydalı xüsusiyyətlərinə görə digərindən fərqlidir. Tərkibində olan efir yağları, üzvi turşular, qlükozidlər və bir çox vitaminlər iştahanı artırır, maddәlәr mübadilәsini sürәtlәndirir, həzm sistemini normaya salır və qidanın yaxşı mənimsənilməsini təmin edir.

Ətirli və faydalı maddələr bitkilərin müxtəlif hissələrində toplanır. Bitkinin toxumundan (xardal, cövüz), meyvəsindən (qara və qırmızı istiot, hil, cirə, razyana), çiçəyindən (zəfəran, mixək), yarpağından (dəfnə yarpağı və müxtəlif ətirli bitkilərin yarpaqları), qabığından (darçın), kökündən (zəncəfil, sarıkök) alınan ədviyyatlar vardır.

Emalından asılı olaraq ədviyyatlar təzə və ya qurudulub üyüdülmüş halda istifadə edilir. Azərbaycan mətbəxində geniş istifadə edilən ədviyyat növləri adətən toz halında, homogen tərkibdə olan orijinal xoşətirli və qalıcı iyə, dada malikdir. Onların hər biri digərindən seçilən xüsusiyyətinə və orqanoleptik keyfiyyət göstəricisinə (xarici görünüşü, forması, tamlığı, təmizliyi, ətri və dadı) görə asanlıqla ayrılır.

Keyfiyyətli ədviyyat növünü saxta məhsuldan ayırmaq üçün bir neçə məqama diqqət yetirilməlidir. Ədviyyatları tamlığı qorunduqda, yəni doğranmamış, üyüdülməmiş halda saxtalaşdırmaq demək olar ki, mümkün deyil. Məhsulun saxta olub-olmadığını yoxlamaq üçün müxtəlif üsulları həyata keçirmək olar. Əgər kərpic ovuntusu qatılmış sumaq və ya qırmızı istiotu suya töksək, əzilmiş kərpic çöküntü yaradacaq, ədviyyat isə suyun üzərində qalacaq.

Keyfiyyətini qiymətləndirmək üçün ədviyyatların orqanoleptik xüsusiyyətinə diqqət yetirmək vacibdir. Qara istiotun keyfiyyətinin təyinində orqanoleptik xüsusiyyətləri - xarici görünüşü, rəngi, ətri və dadı əsas göstəricidir. Qeyd edək ki, qara istiot bitkinin yetişməmiş meyvələrindən əldə edilir. Təbii istiotun rəngi heterogendir, boz, açıq qəhvəyi, yüngül yaşımtıl tonda hissəcikdən ibarətdir. Buna görə də üyüdülmüş qara istiotun dənəcikləri heç vaxt bir-birinə oxşayan qara rəngdə olmur. Üyüdülmüş qara istiotun rənginin tündlüyü tərkibinə daha çox qarışıq (qarabaşaq qabığı, xardal cecəsi, un, nişasta, üyüdülmüş düyü, keşniş və s.) əlavə edildiyinin göstəricisidir. Bu da onu xarakterik acılığından, dadından və ətrindən məhrum edir. Qədim ədviyyatlar­dan olan xardalın da kəskin dadı vardır. Xardal iştah açandır, həmçinin ətli xörəklərdə və konservlərdə dadverici kimi geniş istifadə edilir. Təbii xardalın rəngi solğun sarıdan zeytuni sarıya qədər dəyişir. Sumaq 2-3 m hündürlüyə malik olan kol bitkisidir. Meyvələri yetişdikdən sonra toplanıb qurudulur, əzilərək toz halına salınır. Milli yeməklərin, salatların hazırlan­masın­da turş dadı ilə sevilərək geniş istifadə olunan ədviyyatdır. Sumağın dadına və rənginə görə keyfiyyətsiz olub-olmadığını müəyyən etmək mümkündür. Saxta sumaq qatqılara görə turş yox, acı dadır. Həmçinin təbiidən fərqli olaraq, saxta sumağın rəngi ələ çıxır. Darçın üyüdülmüş (toz) və qurudulmuş çubuqlar halında istifadə olunur. Hər iki halda kassiya (səna) ilə oxşar olduğu üçün qarışıq salınır. Lakin kassiyanın ətri darçına nisbətən çox zəifdir. Bundan başqa, üyüdülmüş məhsulun üzərinə cüzi miqdarda yod əlavə etməklə darçın olub-olmadığını müəyyənləşdirmək mümkündür. Əgər göy rəng yaranarsa, məhsul kassiyadır. Çubuq halda olan darçın ikitərəfli spiral kimi burulur, həmçinin daha zərif və incədir. Kassiya çubuqları isə daha qalın və kobud olmaqla yanaşı, bir istiqamətdə spiral şəklində burulur. Keyfiyyətli sarıkökü də spesifik qoxusu və rəngi ilə ayırd etmək mümkündür. Qurudulub üyüdülmüş sarıkök sarı-narıncı rəngə malik olur. Təbii sarıkök suda həll olunanda, suyun üzərində heç bir təbəqə əmələ gəlməməlidir. Əgər suda həll etdikdən sonra suyun üzərində nazik ağ təbəqə əmələ gəlirsə, bu məhsul saxtadır.

Ədviyyat alarkən istehlakçılar onların qablaşdırılmasına, etiketindəki məlumatlara, saxlanma şəraitinə xüsusilə diqqət etməlidirlər. Etiketdə məhsul haqqında zəruri məlumatlar - istehsalçının adı və ünvanı, malın adı, istehsal tarixi, xalis çəkisi, tərkibi, istehlak xassələri, saxlanma müddəti və s. mütləq əks olunmalıdır. Ədviyyatların quru, sərin, təmiz və yaxşı havalandırılan yerdə saxlanması şərtdir. Bu tip məhsullar daşınarkən, saxlanarkən sanitar-gigiyenik qaydalara, mal qonşuluğu prinsipinə ciddi riayət edilməlidir. Ədviyyat növləri rəflərdə kimyəvi maddələrin, kəskin qoxulu mal və məhsulların yanında saxlanılmamalıdır.

Ədviyyatlar yeməklərə, şirniyyatlara, içkilərə qoxu, ləzzət və dadverici olaraq deyil, müalicəvi xüsusiyyətlərinə görə də geniş istifadə edilir. Ədviyyatların antioksidant və immun sistemini gücləndirmək xüsusiyyəti var. Onların hər biri ayrı-ayrılıqda orqanizmin sağlamlığında mühüm rol oynayır. Çili, qara istiotun tərkibində kapsoisin, piperin və allisin olduğuna görə burun-udlaq və ağıza daxil olmuş viruslar və zərərli mikroorqanizmlərlə mübarizdə effektiv təsirə malikdir . Qara istiotun tərkibindəki zəngin mineral maddələr və vitaminlər immun sistemini gücləndirir, soyuqdəyməyə qarşı qoruyucu maneə yaradır. Həmçinin qara istiot orqanizmdə yağların parçalanmasını sürətləndirərək maddələr mübadiləsini yaxşılaşdırır, qanın laxtalanmasını tənzimləyir, xroniki yorğunluq əlamətlərini aradan qaldırmağa kömək edir. Təzə sarımsaq güclü antibakterial və virusəleyhinə vasitə olmaqla yanaşı, qanda xolesterinin miqdarını normallaşdırır, orqanizmdə maddələr mübadiləsini tənzimləyir. Sarımsaq orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırmaq üçün olduqca faydalıdır. Qara zirə isə qısa zamanda müxtəlif infeksion xəstəliklərin qarşısını alan təbii immunomodulyatordur. İmmun sistemin fəaliyyətini gücləndirməkdə sarıkökün mühüm rolu var. Sarıkök nəinki orqanizmi toksin və şlaklardan təmizləyir, həm də təbii antibiotik kimi iltihabi prosesləri dayandırmağa kömək edir. Zəngin tərkibə malik xardal antiseptik, antimikrob, göbələkəleyhinə, iltihabəleyhinə təsirə malikdir. Mədə-bağırsaq sistemi üçün, soyuqdəymə zamanı, oynaq xəstəliklərində olduqca faydalıdır. Həmçinin xardal beyində qan dövranını stimullaşdırır, yaddaşı və zəkanı gücləndirir. Darçının da bir çox xeyirli xüsusiyyətləri var. Darçın müxtəlif xəstəliklərə qarşı antiseptik, antimikrob və antiparazit vasitə kimi istifadə olunur. Həmçinin bədənin ümumi tonusunu artırır və immun sistemini gücləndirir.

Ədviyyatların normadan artıq istifadəsi orqanizm üçün zərərlidir. Tərkibində yüksək təsir qabiliyyətinə malik olan alkaloidlər və qlükozidlər xüsusən də uşaqların və bir çox xəstəlikdən əziyyət çəkənlərin orqanizmində fəsadlar yarada bilər. Bundan başqa, ədviyyat növlərini bütöv halda saxlayıb, lazım olduğu zamanda üyüdüb istifadə etmək daha xeyirlidir. Ədviyyatları evdə hermetik qablarda isti, rütubət və gün işığından uzaq yerlərdə saxlamaq tövsiyə olunur. Bu tip məhsullar isti və rütubətə məruz qaldıqda ətrini, ləzzətini daha tez itirir. Xüsusən də sobanın yaxınlığında saxlamaq məsləhət görülmür. Çünki normadan artıq temperatur nəticəsində ədviyyatların tərkibində olan efir yağları itirilir. Unutmayın ki, istehsal müddətindən və saxlanma şəraitindən asılı olaraq ədviyyatların istifadə müddəti bir il hesab edilir.

Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasının mütəxəssisləri Şeyda Məhərrəmova, Günel Ağacanova və Nərmin İsgəndərli tərəfindən hazırlanmışdır.

İtaliyada 2020-ci ildə ölüm halları 21 faiz artıb
İtaliyada 2020-ci ildə ölüm halları 21 faiz artıb
Türkiyədə son sutkada koronavirusdan 7 711 nəfər sağalıb
Türkiyədə son sutkada koronavirusdan 7 711 nəfər sağalıb
ÜST: Dünyada ötən sutka koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb
ÜST: Dünyada ötən sutka koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb
Loading Bars
Xəbər lenti
Bayden İran əleyhinə sanksiyaları 1 il müddətinə uzadıb
"Abivax" koronavirus dərman preparatının sınaqlarını dayandırıb
Yeni Zelandiya sahillərində həftə ərzində üçüncü güclü zəlzələ qeydə alınıb
Bayden xaricdə hərbi gücün istifadəsi siyasətini yeniləməyə razıdır
"Mançester Siti" "Atalanta"nın futbolçusu Qosenslə maraqlanır
Planet roveri "Perseverance" Mars səthində ilk məsafələrini qət edib
İtaliyada 2020-ci ildə ölüm halları 21 faiz artıb
Misirdə mikroavtobus qəzaya uğrayıb, 18 nəfər ölüb
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzadıb
Türkiyədə son sutkada koronavirusdan 7 711 nəfər sağalıb
"Muğan Bank"ın filialının binasında yanğın olub
Somalinin paytaxtında güclü partlayış olub
ÜST: Dünyada ötən sutka koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb
Yaponiya portalı Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalə yayıb
Qaxda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb
Prezident İlham Əliyev: Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir
Prezident İlham Əliyev: Deyirlər ki, biz yeddi rayonu azad etmişik, elə deyil, daha çox ərazini azad etmişik
Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri qəhrəmanlıq göstəriblər
Prezident İlham Əliyev: Böyük Qayıdış proqramının icrasında ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
Prezident İlham Əliyev: Şəhid ailələrimizə qayğımız mənzillərin, yaxud da ki, avtomobillərin verilməsi ilə bitmir
Prezident İlham Əliyev: Bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi öz işini yekunlaşdırıb - XİN
Türkiyədən Azərbaycana daha çox sərmayəçi gələ bilər - Abdurrahman Uzun
Müttəfiq ölkə liderlərinin Prezident İlham Əliyev haqqında qiymətləndirmələri Azərbaycana verilən dəyərdir - Aydın Quliyev
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
Ceyhun Bayramov Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş ilə görüşüb (FOTO)
Əlahiddə Ümumqoşun Orduda zirehli döyüş maşınlarının heyətləri ilə döyüş atışlı məşğələlər keçirilir (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir
Paytaxtın bu yollarında sıxlıq var, avtobuslar gecikir (FOTO)
YAP-ın İdarə Heyətinin yeni tərkibi məlum oldu (SİYAHI)
Xalqın bütün təbəqələri YAP-a inanır - Məlahət İbrahimqızı
Qəbələdə avtomobil təmiri sexi və içərisindəki minik maşını yanıb
İsveçdə "vaksin pasportları" verilə bilər
Prezidentin açılış etdiyi gəmi-muzeydən REPORTAJ
Nəsir İmanquliyev yad edildi (FOTO)
Norveç şirkəti Azərbaycana 25 000 dollarlıq yatırım edib
Qazi və şəhid ailələrinin evinə qaz verilib
Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
“Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiqləndi
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
Avropa koronavirusun üçüncü dalğası ilə üz-üzədir
Prezident İlham Əliyev: Ali Baş Komandan kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də haradadır
Prezident İlham Əliyev: İqtisadi sahədə dürüstlük, inhisarlara son dövrüdür
Prezident İlham Əliyev: “Demokratlar” indi niyə susurlar, niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır
Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası
Azərbaycan Prezidenti: Müharibə başlayanda kim deyə bilərdi ki, Azərbaycan haqsızdır?
QDİƏT ölkələri pandemiyanın turizmə təsirini müzakirə ediblər
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurdu
Prezident İlham Əliyev: Bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur
Azərbaycan İlahiyyat İnstitutunda növbəti iclas keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq
Yelo Bank-dan yeni və parlaq mobil əlavə
Prezident İlham Əliyev: Yol çəkirik, asfalt bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?
Azərbaycan Prezidenti: Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq
Balakəndə yas mərasimi keçirənlər cərimələnib (FOTO)
Prezident İlham Əliyev: Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti mən hakimiyyətə gələndə uşaq olan insanlardır
Prezident İlham Əliyev: İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır, məcbur edəcəyik onları
Azərbaycan Prezidenti: Lüksemburq o qədər də böyük, yumşaq desək siyasi çəkiyə malik olan ölkə deyil ki, naziri bizə irad tutsun
Azərbaycan Prezidenti: Böyük ölkələrin nümayəndələri məni ittiham etdilər ki, İlham Əliyev sülh istəmir
KOBİA özünüməşğulluq proqramına dəstəyini davam etdirir
Ombudsman hərbi helikopterin qəzaya uğraması ilə bağlı Türkiyənin müxtəlif qurum rəhbərlərinə başsağlığı verib
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat cütlüyünun əli Azərbaycan xalqının qanına batmışdır
Prezident İlham Əliyev: O vaxt milli maraqları hər şeydən üstün tutan “91-lər”in fəaliyyətini yüksək qiymətləndirirəm
AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı ünvanayıb
YAP icra katibliyi ləğv edildi
DSX rəisi Nadim Razanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Rusiyada ikinci koronavirus vaksini ilə kütləvi peyvəndləmə başlayır
Prezident İlham Əliyev: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
Yoluxma sayında artım davam edərsə, karantin sərtləşdirilə bilər - Şöbə müdiri
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Rəsmi Yerevan sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir - Leyla Abdullayeva
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
Prezident İlham Əliyev: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin olunub
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi
Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi azadlığa buraxıldı
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
“Arabnews” qəzeti: Azərbaycan Pakistanı bütün sahələrdə dəstəkləyir
Bakıda ağacların dibi asfaltdan təmizlənib (FOTO)
Roma papası peyvənd olunduqdan sonra ilk xarici səfərini reallaşdırdı
Ağdam rayonunun Tağıbəyli kəndi (VİDEO)
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü
İƏT-in Zirvə toplantısı: Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycanın strateji tərəfdaşları kimi...
Ermənistan daha bir beynəlxalq müsabiqədə iştirak etməyəcək
Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
“Suraxanı” tanker-muzeyinə giriş qazilər və şəhid ailələri üçün pulsuz olacaq (FOTO)
BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu!
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək
YAP-ın VII qurultayını qalib ölkənin qurultayı adlandırmalıyıq - Musa Quliyev (VİDEO)
DTX-nin rəisi Türkiyədə hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığı verib
Bütün xəbərlər