...

Bakıda su basmış ərazilərdən insanların təxliyəsi üçün FHN-nin qüvvələri cəlb edilib (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2020 12:36 (UTC +04:00)
Bakıda su basmış ərazilərdən insanların təxliyəsi üçün FHN-nin qüvvələri cəlb edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Son günlər respublika ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərin su ilə dolması insanların, habelə avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, bununla əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş müraciətlər əsasında Nazirliyin müvafiq qüvvələri su dolmuş ərazilərdən suyun kənarlaşdırılması işlərinə cəlb olunub.

Belə ki, FHN Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən Bakı şəhərinin Nəsimi, Yasamal, Xətai, Binəqədi, Sabunçu, Suraxanı, Nizami və Qaradağ rayonlarında yağış suları dolmuş bəzi ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri, həmçinin ərazini tərk etməkdə çətinlik çəkən şəxslərin təxliyyəsi həyata keçirilib. Bundan başqa, Xaçmaz rayonunda da analoji işlərə FHN Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Hazırda bəzi ərazilərdə işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti