...

"Virtual məktəb"də yenilik tətbiq edilib (VİDEO)

Cəmiyyət Materials 15 Dekabr 2020 11:58 (UTC +04:00)
"Virtual məktəb"də  yenilik tətbiq edilib (VİDEO)

Bakı. İlhamə İsabalayeva - Trend:

"Virtual məktəb"də şagird və müəllimləri vahid məkanda birləşdirən yenilik tətbiq edilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, “Virtual məktəb”ə yeni “Birgəlik regimi” əlavə olunub. Bu rejim onlayn dərs iştirakçılarına vahid məkanda görüşmək imkanı verir. Həmçinin rejim onlayn dərslərdə şagirdləri komanda şəklində hiss etməyə və geniş virtual fon effektləri ilə müxtəlif mühitlərə səyahət etməyə şərait yaradır.

Yeni funksiyadan faydalanmaqla dərslərini daha maraqlı təşkil etmək istəyən müəllimlər videotəlimatla tanış ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti