...

WebCoder şirkəti “Hissə-hissə ödə” kampaniyasına start verir

Telekommunikasiya Materials 16 Dekabr 2020 16:59 (UTC +04:00)

Bakı. Trend:

Hər birimiz pandemiyanın özü ilə gətirdiyi qlobal böhranın içərisindəyik. Bu böhrandan xüsusi ilə bizneslər və sahibkarlar zərər çəkir. WebCoder şirkəti bunu nəzərə alaraq, sahibkaralara, bizneslərə dəstək olmaq məqsədi ilə dekabrın 15-dən “Hissə-hissə ödə” kampaniyasına başlayır. Kampaniya müddəti ərzində Web sayt yığdırmaq üçün müraciət edən hər kəs ödənişi hissə-hissə ödəmək imkanı qazanacaq. “Biznesini genişləndir, hissə-hissə ödə” şüarı altında keçirilən kampaniya 15 dekabrdan 31 yanvar tarixinə qədər davam edəcək.

Qeyd edək ki, WebCoder şirkəti artıq 5 ildir ki, biznes ideyalarını kodlaşdırır və brendləşdirir. Belə ki, 2015-ci ildə fəaliyyətə başlayan şirkət proqramlaşdırma, qrafik dizayn, UI/UX dizayn, SEO, SEM və bir çox başqa xidmətlər həyata keçirən peşəkar rəqəmsal agentlikdir. WebCoder komandası fəaliyyətdə olduğu bu qısa müddət ərzində öz tərəfdaşları üçün 300-dən artıq uğurlu layihə rellaşdırmağa müvəffəq olub. Hazırda müştəri portfoliosunda həm dövlət, həm də özəl sektordan yüzlərlə şirkət yer alır. Gilan Holding,Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, PMD Group, “Qarabağ” futbol klubu və digər iri təşkilatlar öz saytlarının və reklam məhsulunun yaradılmasını WebCoder şirkətinə etibar ediblər. Odur ki, siz də heç tərəddüd etmədən WebCoder komandasına müraciət edib “Hissə-hissə ödə” kampaniyasından yararlanaraq pandemiyanın gətirdiyi qlobal böhrandan maksimum uğurla çıxa bilərsiniz! Unutmayın, biz BİRLİKDƏ pandemiyadan daha güclüyük!

Ünvan: Nəsimi ray., Azadlıq pr. 192E, 2-ci blok, 2-ci mərtəbə, Kod: 60B

Tel: +99412 555-62-55

+99450 233-25-21

Xəbər lenti

Xəbər lenti