...

“ASAN Radio”nun yaranmasından 5 il ötür (VİDEO)

Cəmiyyət Materials 24 Dekabr 2020 10:16 (UTC +04:00)
“ASAN Radio”nun yaranmasından 5 il ötür (VİDEO)

Bakı. Samir Əli - Trend:

Bu gün “ASAN Radio”nun yaranmasından 5 il ötür. Trend-in məlumatına görə, “ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə yaradılıb, 24 dekabr 2015-ci ildə yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio” Azərbaycanın 90%-ə yaxın ərazisində yayımlanır.

“ASAN xəbər”, “100 FM-də 100 saniyə xəbər”, “Xüsusi buraxılış”ları ilə ən son xəbərləri operativ çatdırır. Yerli və beynəlxalq təşkilatlarla birgə layihələr reallaşdırır.
“ASAN Radio” sosial çarxlar hazırlayır, həssas qrupları diqqətdə saxlayır. Hazırda pandemiya səbəbindən xüsusi rejimdə fəaliyyət göstərir. Rəsmilərlə vətəndaşlar arasında birbaşa təmas yaradır.

“ASAN Radio” Bakıda, bölgələrdə və artıq işğaldan azad olunan ərazilərimizdə 100, 96.5, 95.6 və 92.7 FM-də yayımlanır. www.asanradio.az saytı daim yenilənir. 100 FM rəsmi “facebook” səhifəsində izləyici sayı 100 000-ə yaxınlaşan yeganə radiodur.
“ASAN Radio” zövqlü musiqi səsləndirir. Gələcək jurnalistlər, tələbə və könüllülər radioda təcrübə keçir.

“ASAN Radio” Qarabağda, Şuşamızda səslənən ilk radiodur. 44 günlük informasiya müharibəsinin iştirakçısıdır. Cəbhə bölgəsinə səfər edən, işğaldan azad olunan torpaqlardan xəbər verən ilk radiodur.

Xəbər lenti

Xəbər lenti