Azərbaycanın kitabxana-informasiya sahəsinə erməni terroru nəticəsində 21 milyon dollara yaxın ziyan dəyib

Azərbaycanın kitabxana-informasiya sahəsinə erməni terroru nəticəsində 21 milyon dollara yaxın  ziyan dəyib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Azərbaycanın Ermənistan və Qarabağda məhv edilmiş maddi mədəniyyət abidələri: kitabxanalar, muzeylər, təhsil ocaqları nümunəsində” adlı vebinar respublika elmi konfransı keçirilib. Video konfransa MEK-lə yanaşı, AMEA Naxçıvan Bölməsindən, AMEA-nın İnstitutlarından, həmçinin ölkənin digər nüfuzlu ali təhsil müəssisələrindən də alimlər, doktorant və magistrantlar qatılıblar.

Kitabxanadan Trend-ə verilən məlumata görə, onlayn konfransı giriş sözü ilə açan AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev iştirakçıları salamlayaraq, onları qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edib. Direktor, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində xalqımızın yumruq kimi birləşərək, həmrəylik nümayiş etdirdiyini qeyd edib. Həmçinin Azadlıq meydanında keçirilən Zəfər paradında nümayiş olunan düşmənin hərbi texnikaları və “Qarabağ Azərbaycandır” şüarı 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin kulminasiya nöqtəsi olduğunu vurğulayıb. Erməni faşizminin Azərbaycanın maddi və mənəvi irsini məhv etdiyini, tarixi abidələrini və məscidlərin dağıdıldığını diqqətə çatdıran professor Məmməd Əliyev, bu həqiqətlərin ictimailəşdirilməsi baxımından konfransın əhəmiyyətini qeyd edib. Həmçinin, Azərbaycan həqiqətlərinin ölkəmizdən kənarda da təbliğ etmək məqsədilə, bu konfransın materiallarının MEK tərəfindən rus və ingilis dilllərinə tərcümə olunacağını xüsusi nəzərə çatdırıb. Eyni zamanda könüllülük prinsipi əsasında AMEA Mərkəzi Elmi Kitabxanası olaraq işğaldan azad olunmuş rayon, şəhər, kənd və qəsəbələrdə MEK-in yaxından dəstəyi və könüllü qruplarının birgə təşəbbüsləri ilə Kitabxana-informasiya şəbəkəsinin yaradılmasında da üzərlərinə düşən işi yerinə yetirməyə hazır olduqlarını deyib.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin plenar iclasda “Ermənistanda məhv edilən və mətnləri təhrif olunan bəzi epiqrafik abidələr haqqında” məruzəsi dinlənilib. Vurğulanıb ki, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti olan Ermənistan Respublikası qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandal münasibət göstərilmiş, kitabələrin mətni təhrif edilmişdir. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan sarayı və Sərdar məscidi məhv edilmişdir. Qeyd olunub ki, İrəvan yaxınlığındakı Qaraqoyunlu tayfalarından biri olan Saadlu türk tayfasının başçısı Əmir Saadın dəfn edildiyi Pir Hüseyn türbəsi “türkmən abidəsi” kimi qələmə verilmiş, Ermənistanın Qarakilsə rayonunun Urud kəndində islam dininə etiqadın göstəricisi olan abidələrin üzərindəki yazılara əlavə hərflər daxil edilərək tarixi kökləri itirilməyə çalışılmışdır. Vurğulanıb ki, abidələrin üzərində Azərbaycan dilində şeirlər, tarixi həqiqətlər ermənilərin dünyaya car çəkdiyi təhrif olunmuş məlumatlarının əleyhinə olduğu üçün məhv edilir.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, professor Ramilə Dadaşova “İşğaldan azad olunmuş ərazilərdə maddi-mədəniyyət abidələri və işğalçı Ermənistan dövlətinin məsuliyyətə cəlb olunmasının hüquqi əsasları” adlı məruzəsində, dağıdılmış maddi mədəniyyət nümunələri əsasında ermənilərin Azərbaycan dövlətçiliyinə və xalqına qarşı törətdiyi beynəlxalq cinayətlərdən danışıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının qoşulduğu Haaqa Konvensiyası, protokolları və bu qəbildən olan digər konvensiyalar hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən maddi nümunələrin müdafiə edilməsini iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur. Ona görə də, tarixi abidələrimizin erməni vandallığına məruz qalması bu konvensiyaların prinsiplərinə tamamilə ziddir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Lütfiyyə Əsgərzadənin “İrəvan əlyazmalar və sənədlərin qorunması və tədris mərkəzindəki (Matendaran)” adlı məruzəsi olub. Məruzədə Fazil İrəvaninin “Qızılgül və Bülbül” əsərinin dəfələrlə ermənilər tərəfindən öz adlarına çıxılaraq nəşr olunmasına münasibət bildirilib.

Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar İsmayılova “Ermənistanın işğalına qədər Dağlıq Qarabağın kitabxanaları: statistika” adlı məruzəsində 27 illik erməni işğalının və barbarlığının Qarabağ və onun ətrafındakı rayonlarda mövcud olmuş kitabxanalardan da yan keçmədiyini və vandalizm faktlarını statistik rəqəmlərlə qeyd edib. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda işğala qədərki kitabxana sistemi və işğaldan sonra məhv edilmiş kitab nüsxələrinin sayı, Azərbaycanın kitabxana-informasiya sahəsinə vurulan zərər iştirakçıların diqqətinə çatdırılıb.

Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev “Törədilən beynəlxalq cinayətlərə görə Ermənistanın siyasi və hərbi rəhbərliyinin mühakiməsini zəruri edən amillər” adlı məruzəsində cinayətlərdə iştirak edən Ermənistan siyasi və hərbi rəhbərliyinin mühakimə olunmasını hüquqi kontekstdə təhlil edib. Ə. Allahverdiyev Gəncə hadisələrinin terror adlandırılmasının da yanlışlığını, səhv termindən istifadənin məsələnin düzgün təhlil edilməməsinə səbəb olduğunu bildirib. Qeyd edilib ki, müharibə cinayəti və terror tərkib elementlərinə görə fərqlidir. Ona görə də, Gəncə və Bərdədə baş verən hadisələri terror adlandırmaq onun hüquqi yükünü azaltdığı üçün müharibə cinayəti adlandırılmalıdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva “Füzuli rayonunun talan edilmiş kitab və kitabxana mədəniyyəti” adlı məruzəsində Füzuli rayonunun maddi mədəniyyət nümunələri və kitabxanaları barədə məlumatları görüntülü təqdimatla iştirakçıların diqqətinə çatdırıb.

AMEA Əlyazmalar İnstitutunun doktorantı, AMEA Mərkəzi Elmi Kitabxanasının Biblioqrafiya şöbəsinin “Biblioqrafik vəsaitlərin hazırlanması” sektorunun müdiri Təranə Rüstəmova “Qarabağda Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin yaranması tarixi və onların Ermənistan dövləti tərəfindən məhv edilməsi” məruzəsi ilə çıxışı zamanı arxiv və kitabxanaların məhv edilməsinin erməni vəhşiliyinin əsasını təşkil etdiyini vurğulayıb. T.Rüstəmova erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 9 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 927 kitabxana və orada saxlanılan 4,6 milyon nüsxə kitabın talan edildiyini, 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələrinin işğal zonasında qaldığını qeyd edib. Təqribi hesablamalara görə, Azərbaycanın kitabxana-informasiya sahəsinə 20 milyon 815 min ABŞ dolları həcmində maddi ziyan dəydiyi vurğulanıb.

Vebinarın yadda qalan, maraqlı istirakçısı sərbəst və səlis nitq mədəniyyətinə malik olan Bakı şəhər Nizami rayonu Kamil Əliyev adına 61 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Dunay Mahmudovanın Azərbaycanın Qarabağda məhv edilmiş “Ağdam çörək muzeyi” adlı çıxışı olub.

Sonra vebinar konfrans işini bölmə iclasları ilə davam etdirib.

İranda koronavirusa yoluxanların sayı 1,7 milyon nəfəri keçib
İranda koronavirusa yoluxanların sayı 1,7 milyon nəfəri keçib
"Tesla"nın maliyyəsi 540 milyard dollar azalıb
"Tesla"nın maliyyəsi 540 milyard dollar azalıb
Rusiyada fastfud reklamlarını azaltmaq təklif olunub
Rusiyada fastfud reklamlarını azaltmaq təklif olunub
Loading Bars
Xəbər lenti
İranda koronavirusa yoluxanların sayı 1,7 milyon nəfəri keçib
Azərbaycanda 7 minə yaxın əcnəbi təhsil alır
Əməkdar artist atasından sonra anasını da koronavirusa görə itirdi
YAP-ın sədr müavini kollektivə təqdim olunub (FOTO)
5 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı artıb
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi şəhid anaları ilə görüşüb (FOTO)
Qarabağdakı tikinti Azərbaycanın inşaat sektorunda artıma səbəb olacaq - "Global Data"
Paşinyan istefa verir? - Şərt kəsildi
Bakıda üzərinə dəmir parçası düşən qadının ölümü ilə bağlı cinayət işi başlandı
Azəri-Mərkəzi-Şərqi layihəsində detallı mühəndislik fazası tamamlanır
Polis heroin alverçilərinə qarşı əməliyyat keçirdi, 16 kiloqram narkotik aşkarladı (FOTO/VİDEO)
Sevdiyi qız oğlanın üzərinə spirt töküb yandırıb
"Tesla"nın maliyyəsi 540 milyard dollar azalıb
Aİ şirkətlərinin 80%-dən çoxu iqtisadi fəaliyyət üçün yenidən Azərbaycanı seçib
Yerevanda prezident iqamətgahının qarşısında aksiya keçirilir
Nazirlər Kabinetinin hesabatı parlamentə daxil olub
Su, qaz, elektrik sayğaclarına baxılması qaydası dəyişir
Qeyri-rəsmi məşğulluqla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir
Naxçıvanda daha bir sabiq nazir həbs edilib
Azərbaycanda övladlığagötürmə asanlaşdırılır
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təsdiq edildi
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması daha bir il uzadılır
“Modern Diplomacy” portalında “Zəngəzur dəhlizi regional əməkdaşlığı stimullaşdıracaq” adlı məqalə dərc olunub
Sabah gözlənilən hava şəraiti açıqlanıb
Azad edilmiş ərazilərdə bələdiyyələrlə bağlı maarifləndirmə aparılmalıdır - Deputat
Aİ ilə "Aİ Biznes Mühiti Hesabatı 2020" sənədinin nəticələrini müzakirə edirik - Nazir
Qarabağ sülh müqaviləsinin icrası davamlı sülh və təhlükəsizlik üçün əsas amildir - "Azernews" qəzeti
Öz yaxınlarınıza və tərəfdaşlarınıza “Xurcun Luxury Nuts, Sweets & Dried fruits” ilə birgə sevinc bəxş edin (FOTO)
Türkiyə iki şirkətin neft-qaz kəşfiyyatı üzrə lisenziyasını uzadıb
YAP milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək - Naqif Həmzəyev
Bələdiyyələr tərəfindən 1666 akt ləğv edilib
Qubadlı və Cəbrayılda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Bu günə kimi 4 527 şəxs öhdəliyə götürülüb - "YAŞAT" Fondu
Bərdədə mənzil qarət edən dəstə saxlanıldı (FOTO)
Həbsdə olan baş redaktor məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb
Azad edilmiş ərazilərdə bələdiyyələrin formalaşdırılacağı müddət açıqlanıb
138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib
İlin əvvəlindən Ceyhan terminalı ilə 36 milyon bareldən çox AÇG nefti yola salınıb
Ötən həftə 455 şəhid ailəsinin məişət şəraiti yaxşılaşdırılıb
Müalicə üçün Azərbaycandan İrana səfər qaydaları açıqlanıb
Köhnə kafedən qumbara aşkarlandı
Ermənistan 30 il işğalda saxladığı ərazilərdə misilsiz mədəniyyət incilərini məhv edib - Deputat
Məhkumla videogörüşlərə icazə verilə bilər
Cəza çəkən şəxslərin qəbul imtahanlarında iştirakı təklif edilir
Hərbçilərə mənzil kirayəsi üçün kompensasiyanın artırılması təklif olunur
DSMF-nin həbs olunan sabiq əməkdaşının işi məhkəməyə göndərildi
FHN binalarda yanğın təhlükəsizliyi ilə bağlı reydlərə başladı (FOTO/VİDEO)
Qeydiyyata alınmayan binalarda mənzil satışına qadağa qoyulsun - TƏKLİF
Sabiq daxili işlər naziri, general-leytenant həbs olunub - RƏSMİ
Azərbaycanda 411 mindən çox insan vaksinasiya olunub
Damı uçan məktəbdə təmir işlərinə başlanılıb
Pensiya yaşına çatanlarla bağlı TƏKLİF
Müavinətlərin məbləğinin artırılması təklif edilir
Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum olub
Aliment Fondunun yaradılması təklif edilir
Şəxsiyyət vəsiqəsindəki fotoşəkildə baş örtüyündən istifadə edilə bilər
Hərbi qulluqçuların problemlərinin həlli daim dövlətimizin diqqətində olacaq - Spiker
Koronavirusa görə bağlanan bu məktəbdə dərslər bərpa olunub
Baş prokurorluğa vətəndaş müraciətləri ilə bağlı qaydalar açıqlanıb (VİDEO)
Milli Məclisin iclası keçirilir
Azərbaycan nefti bahalaşıb
Rusiyada fastfud reklamlarını azaltmaq təklif olunub
“Məşədibad hamamı”nın müştəriləri həbs edilib (FOTO)
Naftalanda indiyədək 1000-dən çox şəxsə vaksin vurulub
Narkotik alverçisindən 10 kiloqram marixuana götürülüb (FOTO)
182 mindən artıq fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib
Ermənistan UNICEF nümayəndəsinin mandatını dayandırıb
Azər Türk Bank kredit faizlərini endirdi
Azərbaycanda qızıl ucuzlaşıb
Mili həmrəylik dövlət siyasətinin strateji prioritetidir
Deputatlar bu gün 8 məsələnin müzakirəsinə toplaşır
Füzuli rayonunun Gorazıllı kəndi (VİDEO)
Azərbaycan və Türkiyənin Los Ancelesdəki baş konsulları Pakistan icmasının rəhbərləri ilə görüşüb (FOTO)
Vaksindən sonra təhlükəli xəstəliklərin yaranması fikirləri yalandır - Adil Allahverdiyev
Atasının avtomobili ilə avtoxuliqanlıq edən şəxs həbs olunub (FOTO)
İctimai iaşə obyektlərində 1000-dən çox nöqsan aşkar edilib
İsraildə ötən sutka koronavirusa 3 mindən artıq yoluxma qeydə alınıb
Ötən il ərzində Azərbaycanda istehsal edilən balın həcmi açıqlanıb
Martın 9-da xarici valyutaların manata qarşı məzənnələri
Dorsinin "Twitter"də ilk paylaşımının qiyməti 2,5 milyon dollara çatıb
Tovuzda iki minik avtomobili toqquşub
Estoniyada bir aylıq sərt karantin tətbiq edilir
Koronavirusla mübarizə tədbirləri qripə yoluxma hallarını azaldıb - ÜST
Almaniyada "YouTube"un işində qüsurlar qeydə alınıb
Kolumbiya mətbuatında Vətən müharibəsinin nəticələri və Xocalı soyqırımı barədə danışılıb (FOTO)
Braziliyanın paytaxtında komendant saatı tətbiq edilib
Fransada ötən sutka koronavirusdan 359 nəfər ölüb
Yaponiyanın şimal-şərqində zəlzələ olub
"Facebook Messenger"in işində problemlər yaranıb
Bağdadda partlayış baş verib, xəsarət alanlar var
Niderlandda komendant saatı martın 31-dək uzadılıb
Britaniyada daha 4 712 koronavirusa yoluxma hadisəsi qeydə alınıb
ABŞ Ali Məhkəməsi Trampın seçkilərin yekunları üzrə son apellyasiya şikayətini rədd edib
Bu gün Azərbaycanda Yel çərşənbəsidir
Türkiyənin tanınmış aktyoru Rasim Öztekin vəfat edib
Türkiyədə koronavirusdan sağalanların sayı 2,63 milyon nəfəri ötüb
Qadınlar pandemiyadan daha çox zərər görüb - ÜST-nin Baş direktoru
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb
Afrikada koronavirusa yoluxanların sayı 4 milyon nəfərə çatır
Bütün xəbərlər