...

Diabetlə əlaqəli fəsadlaşmaların sayının artması büdcəyə ağır maliyyə yükü yaradır - Agentlik sədri

Cəmiyyət Materials 16 Yanvar 2021 09:22 (UTC +04:00)
Diabetlə əlaqəli fəsadlaşmaların sayının artması büdcəyə ağır maliyyə yükü yaradır - Agentlik sədri

Bakı. İlhamə İsabalayeva - Trend:

Diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Virtual Diabet Məktəbi” layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.

O bildirib ki, ilkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu birgə səylərə mənfi tendensiyanı müsbətə doğru çevirməyə yeni imkanlar açır.

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur. Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti