Azərbaycanda dövlət dil qaydalarını pozanlar cərimələnəcək (MÜSAHİBƏ) (VİDEO)

Azərbaycanda dövlət dil qaydalarını pozanlar cərimələnəcək (MÜSAHİBƏ) (VİDEO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda dövlət dil qaydalarını pozanlar cərimələnəcək.

Bunu Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin rəhbəri Sevinc Əliyeva “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsində deyib.

Trend videolayihəni və müsahibəni geniş variantda tədim edir:

- Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarının birində dil problemlərinə toxundu və bildirdi ki, bəzi kənar sözlərin daxil olması dilimizi korlayır. Bu istiqamətdə sizin də münasibətinizi öyrənək.

- Bu çox aktual və həmişə əhəmiyyətli olan bir məsələdir. Azərbaycan dilinin saflığının qorunmasında ən əsas məsələ dilmizə yersiz sözlərin daxil olmasının yolverilməzliyidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubleyində də qeyd etdi ki, Azərbaycan dili çox zəngindir və dilimizə qarşılığı ola-ola yersiz və lüzumsuz sözlərin daxil olmasına ehtiyac yoxdur.

Cənab Prezident bu yaxınlarda mədəniyyət nazirini qəbul edərkən də bu məsələni xatırlatdı və bildirdi ki, Azərbaycan dilinin saflığının qorunması ilə bağlı kifayət qədər göstərişləri var. Burada məqsəd dilimizin saflığının qorunması və düzgün tətbiq edilməsi məsələləridir".

- Azərbaycan dilinin saflığının qorunması ilə bağlı mütəmadi olaraq monitorinqlər keçirilir. Hazırda vəziyyət nə yerdədir və monitorinqin nəticələri nə deməyə əsas verir?

- Monitorinqlərin keçirilməsinə hələ 2011-ci ildən başlanılıb. Bu barədə AMEA Nəsimi adına Dilçilik İnstitutuna müraciət olundu. Hətta Milli Televiziya və Radio Şurası hər il müraciət edirdi və AMEA-nın əməkdaşları bu monitorinqlərdə iştirak edirdi. Lakin digər qurumlarla yanaşı Dilçilik İnstitutunun da qarşısında müəyyən vəzifələr qoyuldu və İnstitutda monitorinq şöbəsi fəaliyyətə başladı. Şöbə 2013-cü ildən rəsmi şəkildə monitorinqlər apardı və nəticələr həm hesabatlarla, həm də ictimaiyyətə açıqlanmaqla elan edilirdi.

Burada da qarşıya qoyulan məqsəd hər hansı bir mətbuat orqanının və yaxud televiziya kanalının aparıcısını tənqid etmək, onun nitqinə müdaxilə etmək deyil, yalnız Azərbaycan dilinin qoruması, düzgün tətbiq edilməsi məsələləri üçün müvafiq tövsiyə və təkliflərin verilməsi idi.

- Bəzən əyləncəli verilişlərdə, yumoristik proqramlarda elə bayağı sözlərə rast gəlirik ki, bu əlbəttə ki, yersizdir və qəbul edilən deyil. Bu məsələ ilə bağlı sizin də fikrinizi bilmək istərdik.

- Bəli doğrudur. Ümumiyyətlə dövlət dili deyiləndə burada üç norma nəzərdə tutulur – fonetik norma, leksik norma və sintaktik norma. Amma son dövrlərdə bizi narahat edən fonetik normanın pozuntusu deyil, leksik və sintaktik normanın pozuntusu baş verir. Leksik normanın pozuntusu ümumiyyətlə yolverilməzdir.

Qeyd etməliyəm ki, 2015-ci ildən başlayaraq həmin dövlət proqramında nəzərdə tutulan 6.5.4 maddəsinə uyğun olaraq monitorinq şöbəsi mütəmadi şəkildə həm teleseriallarda, həm bədii flimlərdə Azərbaycan dilinin qorunması ilə bağlı aparılmış monitorinqlərə münasibətini bildirirdi və bu monitorinqlərin nəticələri açıqlanırdı.

Orada da bizi narahat edən məsələ məhz qeyd etdiyiniz kimi leksik norma pozuntusu idi. Həm böyüməkdə olan nəsil televiziyadan maariflənir, onun nitqində, təfəkküründə müəyyən dəyişikliklər gedir, həm də teleseriallara və flimlərə baxış həmişə çox olduğu üçün məhz bu tamaşaçı kütləsi daha çox zədələnmiş olur. Yəni təsəvvür edin ki, hər hansı bir gənc müəyyən teleseriala, flimə baxır və orada gedən proseslər onun nitqinə sirayət edir. Bu isə birbaşa o gənclərin, gələcəkdə müvafiq sahələrə çalışacaq insanların nitq mədəniyyətinin pozulması deməkdir ki, bu da ümumilikdə sistemli şəkildə bir pozuntuya gətirib çıxarır. Sintaktik normanın pozuntusu isə artıq leksik söz bazasının azlığı deyil, məhz rus və ingilis dilində daha çox danışan, düşünən insanlarda söz sırasının pozulması və s. kimi məsələlərlə ortaya çıxan bir pozuntudur. Bu da təbii ki, yolverilməzdir, çünki dilin ən sabit və dəyişməz hissəsi məhz sintaktik quruluşudur. Bu, həmişə sabit qalmalıdır, qorunmalıdır.

- Dil normalarının pozuntusuna görə, konkret cəzalar və yaxud da hansısa xəbərdarlıqlar olubmu?

- Monitorinq şöbəsinin apardığı monitorinqlərin nəticəsi yalnız tövsiyə xarakterli olurdu. Eyni zamanda Milli Televiziya və Radio Şurası da bu monitorinqləri aparırdı. Burada nəticələr yalnız tövsiyə və təkliflər şəklində qalırdı.

Hətta sonradan bizim təklifimizlə televiziyalarda aparılan monitorinqlərin nəticəsi aparıcıların özlərinin görüntüsü və nitqi verilməklə artıq konkret şəkildə göstərilirdi. Çünki aparıcılar etiraz edirdilər. Ona görə biz düşündük ki, nəticəni görüntü şəklində təqdim edək ki, fakt ortada olsun.

Amma çox sevindirici haldır ki, yeni yaradılmış Monitorinq mərkəzi təsdiq edilmiş cərimələrlə birbaşa nəzarət qurumu kimi fəaliyyət göstərəcək.

- Hansı cəza mexanizmi var? Cərimələr və yaxud da efirdən kənarlaşdırılmaq?

- İki dəfə xəbərdarlıqdan sonra artıq konkret məbləğdə pul cəzası nəzərdə tutulur. Burada məqsəd hər hansı bir həcmdə hansısa qurumu cərimələmək deyil, məqsəd dilimizin düzgün tətbiqi və onun qorunması məsələsidir.

Biz artıq 10 il aparılan monitorinqlərdən belə bir nəticəyə gəldik ki, cərimələr olmasa, bu qüsurlara yenə yol veriləcək, bu qüsurlar aradan qalxmayacaq. Mən düşünürəm ki, hətta aparıcını cərimələməklə yox, o qurumun rəhbərini cərimələməklə bu qüsurların yaxın zamanlarda tam aradan qaldırılmasına nail ola bilərik.

- Cərimələrin məbləği nə qədərdir?

- Cərimələrin məbləği çox deyil. Biz bu cərimələrin məbləğini müəyyən etməyi Tarif Şurasının öhdəsinə vermişdik. Bizə təklif gəlmişdi ki, cərimələrin məbləğini biz müəyyən edək. Düşündük ki, bu məbləği Tarif Şurası müəyyən etsin. Bizim məqsədimiz cərimənin məbləğini müəyyənləşdirmək deyildi, məqsədimiz o idi ki, pozuntuları aradan qaldıraq.

Misal üçün, eyni aparıcı hər il eyni kanalda fonotik pozuntunu edirdi və o norma pozuntusu hesabatlarda üstünlük təşkil edirdi. Hətta belə bir məqamı da müşahidə etdik ki, müəyyən bir kanalın bağlanması ilə əlaqədar olaraq bir aparıcı başqa bir kanala getmişdi, o, özünün qüsurlarını həmin kanala da apardı və onun nitq pozuntusu həmin kanalda başqa bir göstərici olaraq, leksik normanın pozuntusunun faiz etibarı ilə üstünlüyünə gətirib çıxardı.

Hər bir insan öz verilişini qurarkən düşünməlidir ki, mən belə bir zəngin dildə danışıram və bu dilin zənginliyi, düzgünlüyü mənim nitqimdə ortaya çıxacaq, təbliğ olunacaq. Ona görə də hər birimiz öz sahəmizdə bu məsuliyyəti dərk etməliyik, nitqimizdə baş verən qüsurların aradan qaldırılması üçün öz üzərimizdə çalışmalıyıq.

- Dil normalarının pozuntusuna küçə reklamlarında da çox rast gəlinir. Xüsusilə, reklamların xarici dillərdə verilməsi. Bu məsələlərlə bağlı hansı monitorinqlər aparılır?

- Bu da çox ciddi məsələdir, çünki, əslində, küçə reklamları da özünün kifayət qədər auditoriyası ilə seçilir. Misal üçün, hamımız yol kənarlarında olan reklamlarda baş verən qüsurların şahidi oluruq. Bu, artıq daha çox həcmi əhatə etdiyi üçün ciddi məsələdir və həmin 1 noyabr 2018–ci il tarixli fərmanda da məhz reklam daşıyıcıları, yəni KİV və internet məkanında Azərbaycan dilinin qorunması, düzgün tətbiqi məsələsi əksini tapır.

Monitorinq şöbəsi də keçən dövr ərzində reklamlarla bağlı monitorinqlər apardı. Hətta mənim yadımdadır ki, şöbəyə rəhbərlik etdiyim müddətdə Bakı şəhərinin dörd rayonunda monitorinqlər aparmışdıq və həm görüntülərlə, həm də reklam mətnlərində müşahidə etdiyimiz kifayət qədər qüsurlarla bağlı dəfələrlə tövsiyə və təkliflərlə çıxış etmişik.

Amma təəssüf edirəm ki, monitorinq şöbəsi yalnız təklif və tövsiyələr verə bilirdi. Sevindirici haldır ki, monitorinq mərkəzinin artıq idarəetmə və nəzarət funksiyası olacaq. Düşünürəm ki, bu da ciddi şəkildə müdaxilələrə və qüsurların aradan qaldırılmasına öz töhfəsini verəcək.

- Moitorinq mərkəzi hansı tədbirləri nəzərdə tutur?

- Monitorinq mərkəzinin planlarında yüzlərlə məsələ öz əksini tapıb. Ən tez vaxtda nəzərdə tutulan məsələlərdən biri saytlarla, mətbuatda gedən proseslərlə bağlı vəziyyəti nəzarətdə saxlamaq idi. Biz bunu artıq bitirmişik, hazırda emal prosesi gedir və yaxın günlərdə biz nəticələri ictimaiyyətə açıqlayacağıq. Hətta ikicildli hesabat yayacağıq.

Sonra televiziyaların monitorinqi nəzərdə tutulur. Eyni zamanda, televiziya aparıcıları üçün təlimlərin təşkili nəzərdə tutulur ki, biz bunu həmişə həyata keçirmişik. Dil kurslarının təşkili də nəzərdə tutulur. Hətta özünün nitqini daha mükəmməl görmək istəyən istənilən şəxs bu kurslarda iştirak edə bilər. Xaricdə yaşayan soydaşlarımız müraciət edərək arzulayırlar ki, xarici ölkələrdə nümayəndəliklər yaradaq, hətta bizim səfirliklərdə dil kurslarımız təşkil olunsun. Bunun hamısı bizim gözəl və zəngin Azərbaycan dilimizin düzgün tətbiqinə yönələn məsələlərdir.

Biz ümumilikdə 61 saytı monitorinqə cəlb etmişik. Amma sevindirici haldır ki, məhz Trend İnformasiya Agentliyinin saytında vəziyyət yaxşıdır. Digər saytlarla müqayisədə Trend-də Azərbaycan dilinin qorunması ilə bağlı məsələlərdə çox ciddi problemlər görmürük. Xırda qüsur və çatışmazlıqlar var ki, onların aradan qaldırılması üçün bir qrum olaraq töhfə verməyə hazırıq.

Türkiyədə son sutkada koronavirusdan 7 892 nəfər sağalıb
Türkiyədə son sutkada koronavirusdan 7 892 nəfər sağalıb
Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı
Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
Loading Bars
Xəbər lenti
İngiltərə futbol çempionatı: "Mançester Siti" "Vulverxempton"a qalib gəldi
"Borussia" Almaniya futbol Kubokunun ilk yarımfinalçısı oldu
Cənubi Sudanda təyyarə qəzaya uğrayıb, bütün sərnişinlər həlak olub
Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb
Myanmada təxminən 1.3 min adam saxlanılıb
Türkiyədə son sutkada koronavirusdan 7 892 nəfər sağalıb
Azərbaycan mobil qurğular bazarında liderlər açıqlanıb
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
2021-ci il Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlayıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bakıda 4 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib
Övladınızın intihar səbəbi olmayın - AzTV (VİDEO)
Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib
COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
"SOCAR Turkey" IBM-in bulud texnologiyasından istifadə edəcək
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb
İşğaldan azad olunan ərazilərlə bağlı İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində ermənilərin təxribatı iflasa uğradı - Komitə sədrinin müavini
"Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir
COVAX təşəbbüsü əhəmiyyətini itirir: Ədalətsizlik və qeyri-bərabərlik...
Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı
İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)
Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib (FOTO)
Perm şəhərində Xocalıya ədalət tələb edilib
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Füzuli rayonunun Üçbulaq kəndi (FOTO/VİDEO)
Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub (FOTO)
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
"Azərpoçt"a yeni baş direktor təyin olunub
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
Ləğv edilən aviabiletlər yenidən təxsis ediləcək - AZAL
Bakıda dələduzluqda təqsirləndirilən saxta "general" azadlığa buraxılıb
Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak imkanlarını nəzərdən keçirir
Qanunsuz balıqçılıq göllərini harada gəldi yaradırlar - Nazirlik
Quş qripi xəstəliyinin Azərbaycanda yayılma riski artıb - AQTA (FOTO)
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Türkiyəli mütəxəssislər Qarabağda AzTV ilə birgə film çəkəcək
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj hazırlayıb (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub (FOTO)
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ
“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır - Nazirlik
Bakıda 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi başlandı
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Meşələrin sərhədləri dəqiqləşdiriləcək
Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Prezident İlham Əliyevin istismara verdiyi Ro-Pax tipli gəmi-bərədən REPORTAJ
Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
Özünüməşğulluğun təşkilinə Həmkarlar İttifaqları Konfederasiyası 200 min manat vəsait ayıracaq
Şəhid polisin övladı Şuşa polis şöbəsində vəzifəyə təyin olundu
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik - Anar Kərimov
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub (FOTO/VİDEO)
Azərbaycan və Tacikistanın turizm əlaqələri müzakirə edilib
Daha bir şəhidin yeni doğulan övladının adına 5000 AZN-lik hesab açılacaq (FOTO)
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb (FOTO/VİDEO)
26 müəssisədə kobud qanun pozuntusu aşkarlandı
Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri lüğəti” nəşr olunub
Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb (FOTO)
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
İki ayda qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon təşkil edib - Nazir
Sumqayıtda şəhid ailələri və veteranlarla görüş keçirilib (FOTO)
İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub - Direktor
Əfv komissiyasının iclası keçirilir
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Binəqədidə ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Berlində Xocalı soyqırımı qurbanlarının anım guşəsi yaradılıb (FOTO)
"CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Paşinyana dörd cinahdan hücum: Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə...
Bakıda ilk bio-smart avtobus dayanacağı quraşdırılıb (FOTO/VİDEO)
Rusiyada 60-a yaxın şagird zəhərlənib
"Filoloji elmlər innovativ tədqiqatlar kontekstində" adlı beynəlxalq konfransın materialları toplu şəklində çap edilib
Bostonda Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib (FOTO)
Nazirlikdən məktəblərdə dərslərin dayandırılacağı iddiaları ilə bağlı AÇIQLAMA
Ölkədə vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Sabah külək güclənəcək - Xəbərdarlıq
Prezidentin mətbuat konfransı erməni faşizmini göstərmək üçün uğurlu imkan idi - Deputat
Strasburqun Kleber meydanında şamlarla Xocalıya görə şamlar yandırılıb (FOTO)
87 şəhid və qazi ailəsi üzvü təhsil müəssisələrinə işə qəbul olunub
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Bu il Formula 1 Azərbaycan Qran Prisində TV və radio jurnalistləri akkreditasiyadan keçirilməyəcək
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Bütün xəbərlər