...

Dilçilik İnstitutundakı "Qaynar xətt" bugündən fəaliyyətini davam etdirəcək

Cəmiyyət Materials 28 Yanvar 2021 09:52 (UTC +04:00)
Dilçilik İnstitutundakı "Qaynar xətt" bugündən fəaliyyətini davam etdirəcək

Bakı.İlhamə İsabalayeva - Trend:

AMEA-nın Dilçilik İnstitutundakı "Qaynar xətt" bugündən öz aktiv fəaliyyətini davam etdirəcək.

İnstitutdan Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldıqdan sonra institutdakı Qaynar xətdə çalışan iki əməkdaş öz ərizələri ilə işdən azad edilərək bu qurumda işə başlayıblar. Bu səbəbdən, həm də pandemiya dövründə xüsusi bir zəruriyyət olmadığına görə "Qaynar xətt" aktiv fəaliyyət göstərməyib:

"Həmçinin Qaynar xətt avadanlıqları yerdəyişmə ilə əlaqədar olaraq başqa otağa keçirilib. "Qaynar xətt"in avadanlıqları hazırda institutun Monitorinq şöbəsindədir və bu avadanlıqlar üzərində müəyyən texniki quraşdırma işi aparılır. Bugündən "Qaynar xətt" öz aktiv fəaliyyətini davam etdirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti