...

Hərbçi yoldaşlarımın yanına qayıtmağı arzulayıram - YAŞAT Fondunun nəzarətə götürdüyü qazi

Cəmiyyət Materials 5 Fevral 2021 20:10 (UTC +04:00)
Hərbçi yoldaşlarımın yanına qayıtmağı arzulayıram - YAŞAT Fondunun nəzarətə götürdüyü qazi

Bakı. Ceyhun Ələkbərov - Trend:

Son günlər müalicəmdə müsbət nəticələr var, tezliklə ayağa qalxıb hərbçi yoldaşlarımın yanına yallanmağı arzulayıram.

Bunu Trend-ə açıqlamasında Vətən müharibəsində xəsarət alan və hazırda Əlillərin Reabilitasiya Mərkəzində YAŞAT Fondu tərəfindən müalicə olunan yaralı hərbçimiz Yusif Ağaməmmədov deyib.

Hərbçimizin sözlərinə görə, o Füzuli istiqamətində gedən döyüşlərdə yaralanıb:

“Aprel döyüşlərində də iştirak etmişəm və Lələtəpəni azad etdikdən sonra orada xidmət göstərirdim. Füzulinin azad olunmasında yaralandım və hazırda onurğamda fəsadlar var. Sağ olsun həkimlər, məni sağaltmaları üçün əllərindən gələni edirlər və müsbət nəticələr var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti