...

Mingəçevir Dövlət Universiteti Vətən müharibəsində dəstəyinə görə Fəxri Fərmana layiq görülüb

Cəmiyyət Materials 11 Fevral 2021 16:26 (UTC +04:00)
Mingəçevir Dövlət Universiteti Vətən müharibəsində dəstəyinə görə Fəxri Fərmana layiq görülüb

Bakı. Trend:

Mingəçevir Dövlət Universiteti (MDU) N saylı hərbi hissənin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edilib. Fərman MDU-nun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsi dövründə hərbi hissəyə yaxından dəstək göstərdiyinə görə təqdim edilib.

Qeyd edək ki, müzəffər Ali Baş Komandanımız və rəşadətli Azərbaycan Ordusunun sayəsində 30 illik doğma Qarabağ həsrətinə son qoyan Zəfər yürüşündə MDU-nun tələbə, məzun və əməkdaşları həm ön cəbhədə döyüşlərdə, həm də arxa cəbhədə informasiya mübarizəsində və mənəvi dəstək tədbrlərində fəal iştirak edib, yüksək həmrəylik nümayiş etdirib.

Torpaqlarımızın azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu şəhidlik zirvəsinə ucalıb. Döyüş tapşırıqlarını şərəflə və uğurla yerinə yetirən, mərdlik və igidlik göstərən qəhrəman tələbə və məzunlarımız ölkə başçısı tərəfindən müvafiq medallarla təltif edilib.

Qəhrəman şəhidlərimizin əziz xatirəsinin ehtiramla anılması və onların adlarının uca tutulması, cəsur əsgər və zabitlərimizin keçdikləri şərəfli döyüş yolları, göstərdikləri şücaət və vətənpərvərlik nümunələri barədə məlumatların tələbə gənclər arasında təbliğ edilməsi MDU-da diqqət mərkəzində saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti