...

Bakıdakı yanğınla bağlı yolda sıxlıq var, avtobuslar gecikir - BNA (FOTO)

Cəmiyyət Materials 22 Fevral 2021 18:08 (UTC +04:00)
Bakıdakı yanğınla bağlı yolda sıxlıq var, avtobuslar gecikir - BNA (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Həsən bəy Zərdabi küçəsində, metronun “20 Yanvar” stansiyası yaxınlığında yanğın baş verdiyindən hadisə yerinə yanğınsöndürmə avtomobilləri cəlb olunub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə bildirilib ki, hazırda hadisə baş verən ərazidə həmin yerdə H.Zərdabi küçəsində hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

Sıxlıq səbəbindən bu istiqamətdə müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında da gecikmələr yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti