...

Polis yollarda köməksiz qalan vətəndaşlara kömək edib (FOTO/VİDEO)

Cəmiyyət Materials 24 Fevral 2021 18:44 (UTC +04:00)
Polis yollarda köməksiz qalan vətəndaşlara kömək edib (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Hava şəraitinin kəskin dəyişəcəyi ilə müvafiq dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN) vətəndaşlara müraciət etmələrinə baxmayaraq, bu gün həmin xəbərdarlığa məhəl qoymadan yollara çıxan sürücü və piyadalara rast gəlindi.

DİN-dən Trend-ə bildirilib ki, müşahidə olunan hava şəraitində vətəndaşların rahat hərəkətini təmin etmək, eləcə də köməyə ehtiyaci olan, çarəsiz vəziyyətdə qalanların imdadına çatmaq üçün polis həmişə olduğu kimi yenə də iş başında idi. Yollarda qalan sürücü və piyadaların köməyinə ilk çatan da məhz qarlı havada xidmət aparan polis əməkdaşları oldu.

Onların fədakar xidməti sayəsində paytaxt Bakı ilə yanaşı, Sumqayıt şəhəri və Abşeron rayonunda yüzlərlə sürücü və piyadanın mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti