...

Yas və toyların bərpası ilə bağlı addımlar atılacaq - Komitə sədri

Cəmiyyət Materials 26 Fevral 2021 11:39 (UTC +04:00)
Yas və toyların bərpası ilə bağlı addımlar atılacaq - Komitə sədri

Bakı. Samir Əli - Trend:

Dini mərasimlər və toyların bərpası ilə bağlı müvafiq addımlar atılacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, toy və yas mərasimlərinin keçirilməsinə icazə verilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir:

“Həmin qurum mütəxəssislərin pandemiya ilə bağlı rəyini nəzərə alaraq mərasimlərin keçirilməsi barədə qərarlar qəbul edəcək”

Xəbər lenti

Xəbər lenti