...

Azərbaycan səfirliyinin məlumatı ABŞ mətbuatında geniş yayılıb

Cəmiyyət Materials 27 Fevral 2021 07:39 (UTC +04:00)
Azərbaycan səfirliyinin məlumatı ABŞ mətbuatında geniş yayılıb

Bakı. Trend:

Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Xocalı qətliamının 29-cu ildönümü ilə bağlı müvafiq bəyanat “PR Newswire” şirkəti vasitəsilə ABŞ mətbuatında geniş yayımlanıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, belə ki, sözügedən məlumat 60-dan artıq, o cümlədən Associated Press News (https://apnews.com/press-release/pr-newswire/europe-war-and-unrest-eastern-europe-azerbaijan-massacres-c58031846c9145ba769dfa5c001658d7), Yahoo (https://finance.yahoo.com/news/29th-anniversary-khojaly-massacre-120000760.html) kimi böyük oxuyucu kütləsi olan şəbəkələrdə dərc edilib.

Məlumatda, Human Rights Watch-un hesabatına istinad olunaraq, Xocalı Azərbaycanlı mülki əhalinin ən böyük qətliamı adlandırılıb. Qeyd olunub ki, 26 fevral 1992-cı ildə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının vasitəsi ilə Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdiyi kütləvi hücum nəticəsində 613 nəfər, o cümlədən 106 nəfər qadın, 63 nəfər uşaq və 70 nəfər yaşlı daxil olmaqla xüsusi qəddarlıqla qətlə yetirilib. 2020-ci ildə Ermənistan hərbi əməliyyatlar zonasından kənarda yerləşən Azərbaycanın Bərdə, Gəncə və Tərtər şəhərlərinə raket və ağır artilleriya hücumları nəticəsində 100-dən çox mülki vətəndaş qətlə yetirilməsi və 423 insanın ağır yaralanması məlumatları verilib.

Xocalı faciəsininin və müharibə zamanı cinayətlər törədən şəxslərin bugünədək cəzalandırılmadığı vurğulanıb. Xocalı qurbanlarının xatirəsinin anılmasının ədalət, məsuliyyətə cəlb edilmə və davamlı sülh üçün əsas amil olduğu qeyd edilmişdir. Xocalıya ədalət tələb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti