...

Tıxaclarda əsassız səs siqnalından istifadə edənlər cəzalandırılacaq - DYP

Cəmiyyət Materials 10 Mart 2021 16:27 (UTC +04:00)
Tıxaclarda əsassız səs siqnalından istifadə edənlər cəzalandırılacaq - DYP

Bakı. Samir Əli - Trend:

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxt ərazisində sıxlıq və tıxaclar zamanı lüzumsuz səs siqnallarından istifadə edən sürücülərə xəbərdarlıq edib.

İdarədən Trend-ə bildiriblər ki, son zamanlar paytaxt küçələrində intensiv hərəkət və sıxlıq müşahidə olunur. Günün pik saatlarında şəhərin mərkəzi küçə və prospektlərində yaranan sıxlıq zamanı sürücülər lüzumsuz olaraq səs siqnallarından istifadə edir, bu da paytaxt sakinlərinin narahatlığına və haqlı narazılığına səbəb olur: "Sürücülərimiz onu bilməlidir ki, “Yol Hərəkəti Haqqında Qanun”un tələbləri çərçivəsində səs siqnalları yaşayış məntəqələrində yalnız yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə istifadə oluna bilər. Əks təqdirdə, bu hal inzibati xəta tərkibi yaradır və sürücülər İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən cərimə oluna bilərlər.

Bir daha sürücülərdən xahiş edirik ki, paytaxt sakinlərinin, həmçinin yollarda hərəkətdə olan digər şəxslərin hüquqlarının pozulmaması və inzibati məsuliyyətə cəlb olunmamaları üçün bu növ qayda pozuntusu törətməkdən çəkinsinlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti