Azərbaycanda 480 mindən çox şəxs vaksinasiya olunub

Cəmiyyət Xəbər 20 Mart 2021 13:46 (UTC +04:00)
Azərbaycanda 480 mindən çox şəxs vaksinasiya olunub

Bakı. Trend:

Azərbaycan Respublikasında 19 mart tarixində yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 23,923 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 481,022 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti