...

Sərt karantin tətbiq edilsə, bu şəxslərə güzəşt oluna bilər – AÇIQLAMA

Cəmiyyət Materials 7 Aprel 2021 09:02 (UTC +04:00)
Sərt karantin tətbiq edilsə, bu şəxslərə güzəşt oluna bilər – AÇIQLAMA

Bakı. Elçin Mehdiyev - Trend:

COVİD-19 infeksiyasına qalib gəlməyin yeganə yolu əhalinin kütləvi şəkildə peyvəndlənməsindən keçir. Bir ildir ki, bütün dünyada olduğu kimi biz də pandemiyadan əziyyət çəkirik. Çox təəssüf ki, bu infeksiyaya gündəlik yoluxanların və ölənlərin sayı artmaqdadır. ÜST COVİD-19 infeksiyasına qarşı həm ölkədə effektiv mübarizə tədbirlərin aparılmasına görə, həm də beynəlxalq təşəbbüslərə qoşularaq verdiyi töhfələrinə görə Azərbaycanın dünya ölkələri üçün nümunəvi olduğunu dəfələrlə qeyd edib.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, dünyanın heç də bütün ölkələri pandemiyaya qarşı effektiv mübarizə apara və peyvəndlərdən yararlana bilmir:

“Prezident İlham Əliyev beynəlxalq tribunalardan kasıb ölkələrə yardımların edilməsini, peyvəndlərin bərabər, ədalətli bölgüsünün və hamının əlçatanlığının təmin olunmasının vacibliyini qeyd edib. Prezident İlham Əliyev bilirdi ki, peyvəndlər istehsal olunanda bölgüsündə ədalətsizlik baş verəcək və ona görə də beynəlxalq COVAX təşəbbüsünə qoşulmaqla yanaşı fərdi qaydada Çindən peyvən idxal edilməsinə nail olmuşuq.

Bu gün ölkəmizdə aktiv peyvəndlənmə aparılır. Pandemiyaya qalib gəlməyin yeganə yolu vaksinasiya olduğundan ölkəmiz peyvəndləməyə başlayan ölklərin sırasındadır. Bu gün əhalinin say nisbətinə görə də Azərbaycan peyvəndləmədə öncül yerlərdədir. Dövlətimiz bütün bu işlərini insanların sağlamlıqları naminə icra edir. Hər bir vətəndaşımız da başa düşməlidir ki, hamılıqla, kütləvi şəkildə peyvəndlənməyə getməliyik. Heç də sirr deyil ki, bir çox ölkələrdə insanlar gözləyirlər ki, peyvəndlər gətirilsin və peyvənd olunsunlar.

Amma dövlətimiz bu şəraiti bizim üçün yaradıb. Çox təəssüf ki, peyvənd vurulmasına tərəddüdlə baxanlar da var. Belə insanlar başa düşməlidirlər ki, peyvəndləmənin alternativi yoxdur. Bir müddət sonra dünyada gediş-gəliş peyvənd vurduran insanlar üçün sərbəst ola bilər. Həm də sərt karantin rejimi tətbiq ediləcəyi halda peyvəndlənmiş şəxslər SMS icazələrdən azad edilə bilərlər. Çünki peyvəndlənmiş insanın yoluxma riski çox aşağıdır və hətta yoluxma baş verərsə belə, çox yüngül şəkildə keçirirlər. Əgər biz adi normal həyata qayıtmaq istəyiriksə, mütləq şəkildə hamımız vaksinasiya olunmalıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti