...

Xəzər rayonunda ümümrayon iməcliyi və dezinfeksiya işləri aparılıb (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2021 16:20 (UTC +04:00)
Xəzər rayonunda ümümrayon iməcliyi və dezinfeksiya işləri aparılıb (FOTO)

Bakı. Trend:

10 Aprel 2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində operativ təmizlik və dezinfeksiya işlərinin həyata keçirilməsinə başlanılmışdır.

Belə ki, yaz-yay mövsümü ilə əlaqədar olaraq rayon ərazisindəki küçə və prospektlərdə, park və xiyabanlarda, meydanlarda, hasarlarda, məhəllələrdə təmir-bərpa, abadlaşma işləri aparılmışdır.

Həmçinin rayon ərazisində mövcud olan çəmənlik və ağacların suvarılması, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülmüş, ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənmiş, toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınmışdır. Xüsusi ehtiyac olan yerlərə və yol kənarlarına yeni ağac və gül kolları əkilmiş, ağaclara aqrotexniki qulluq işləri həyata keçirilmişdir.

Həmçinin, prospekt və mərkəzi küçələrin kənarlarının çirklənmədən təmizlənməsi, səki kənarları, dayanacaqların, bordyurların və buradakı işıq dirəklərinin yuyulması, yeraltı piyada keçidlərinin və parklarda mövcud olan oturacaqların, eləcədə, yol kənarlarına yığılan çirkabların təmizlənməsi işləri həyata keçirilmişdir.
Eyni zamanda Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq rayon ərazisində dezinfeksiya işləri həyata keçirilmişdir.

Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin avtonəqliyyat vasitələri cəlb olunmaqla rayonun küçə və proskektlərində gücləndirilmiş dezinfeksiya işləri aparılaraq, yollar dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulmuşdur..

Məqalədə:
Xəbər lenti

Xəbər lenti