Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar konfrans keçirilib

Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar konfrans keçirilib

Bakı. Trend:

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən videoformatda konfrans keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Ramil Bayramlı, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmançı, Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri Aliyə Əzimova, habelə digər qurumların, sığorta şirkətlərinin, qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib.

Konfransda çıxış edən S.Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı və həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin dayanması işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində də məqsədyönlü dövlət siyasətinin aparılmasına imkan verib. Ötən dövrdə Azərbaycan əməyin mühafizəsi ilə bağlı BƏT Konvensiyalarını qəbul edib. Bu sahədə mütərəqqi beynəlxalq normalar əsasında milli qanunvericilik bazası yaradılaraq daim təkmilləşdirilir. Ölkəmizin Əmək Məcəlləsinin bir çox maddələri əməyin mühafizəsi norma və qaydalarını, prinsiplərini əhatə edir.

BƏT-in təşəbbüsü ilə 2003-cü ildən başlayaraq hər il dünyada Ümumdünya Əməyin mühafizəsi gününün qeyd edildiyini, Azərbaycan da daxil olmaqla 100-dən çox dövlətin bu tədbirə qoşulduğunu bildirən S.Babayev qeyd edib ki, məqsəd iş yerlərində baş verən bədbəxt hadisələrə, peşə xəstəliklərinin artması probleminə ictimaiyyətin diqqətinin artırılmasıdır. BƏT tərəfindən 2021-ci il üçün Ümumdünya Əməyin mühafizəsi gününün devizi “Böhranı qabaqlamaq və ona hazır olmaq – dayanıqlı əməyin mühafizəsi sistemlərinə investisiya qoymaq” kimi müəyyən edilib. Bu deviz təsadüfi deyil və dünyanı bürüyən, insanları məhv edən COVID-19 pandemiyasından, eləcə də əmək sferasına vurduğu zərərlərdən dünyanı xilas etməyə istiqamətlənib.

Nazir Prezident İlham Əliyevin tapşırığı ilə pandemiya dövründə ölkəmizdə icra olunan, məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbirdən ibarət sosial dəstək paketini qeyd edib. Bildirib ki, dövlət və özəl sektorda muzdla çalışan 1,7 milyon işçinin iş yerləri və əməkhaqqı gəlirlərinin qorunmasına nail olunub. İşçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi və əmək haqlarının saxlanması üçün e-sistem üzərindən daimi nəzarət həyata keçirilib.

S.Babayev diqqətə çatdırıb ki, nəticədə özəl sektor üzrə 2021-ci ilin 1 yanvar tarixinə əmək müqavilələrinin sayı azalmayıb, əksinə, 2020-ci ilin əvvəli ilə müqayisədə müqavilələrin sayında 24% (və ya 154 min) artım müşahidə edilib. Habelə ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb, özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib və 2020-ci ildə 12245 şəxs bu proqramla əhatə olunub.

Digər istiqamətlərdə dəstək tədbirlərini də qeyd edən nazir bildirib ki, əməyin mühafizəsi də prioritet istiqamət kimi diqqətdə saxlanır. 2020-ci ildə əmək və peşə sahəsində beynəlxalq tələblərə cavab verən milli standartların hazırlanması, ekspertizasının aparılması, mövcud standartların yenilənməsi məqsədi ilə Əməyin Təhlükəsizliyinin Standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK-21) təsis edilib. Komitə tərəfindən əməyin mühafizəsi üzrə beynəlxalq standart olan İSO 45001 əsasında əməyin sağlamlığı və təhlükəsizliyi üzrə idarəetmə sisteminin tələblərini müəyyən edən 196 milli standartın hazırlanmasına başlanıb, bu günlərdə artıq ilk standart yaradılaraq təsdiqlənib.
S.Babayev vurğulayıb ki, əməyin mühafizəsi sahəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə işlər daim davam edir, yeni normativ aktlar qəbul edilir. Əmək Məcəlləsinə dəyişikliklə bağlı son layihədə edilən dəyişikliyin 11-i əməyin mühafizəsi ilə bağlıdır. İcbari Sığorta Bürosunun bədbəxt hadisələrdən icbari sığorta üzrə elektron informasiya sistemi ilə Nazirliyin “Əmək müqaviləsi bildirişləri” altsistemi (ƏMBAS) arasında inteqrasiya da təmin edilib. Bu sığorta növünə elektron sistem üzərindən nəzarət gücləndirilib. Əməyin Mühafizəsi Mərkəzinin yaradılması üzrə işlər də davam edir, bununla bağlı normativ hüquqi aktın layihəsi artıq razılaşdırılma mərhələsindədir.
Nazir qarşıdakı dövrdə də əməyin mühafizəsi sahəsində tədbirlərin davam etdiriləcəyini vurğulayıb.

Konfransda Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsi Fuad Heydərov Ümumdünya Əməyin Mühafizəsi günü, əməyin mühafizəsi sahəsində aparılan işlər, bu istiqamətdə yeniliklər barədə təqdimatla çıxış edib.

S.Möhbalıyev, M.Musayev, H.Harmançı, A.Əzimova və digərlərinin çıxışları dinlənilib və təqdimatlar edilib. Sosial tərəfdaşlıq müstəvisində əməyin mühafizəsi sahəsində aparılan işlər və bu sahədə qarşıda duran vəzifələr müzakirə edilib.

Qeyd edək ki, 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməyin mühafizəsi standart, norma və qaydalarına riayət etdiklərinə görə bir sıra şirkətləri Təşəkkürnamə ilə təltif edib.

Belə ki, Nazirliyin e-sistemi üzərindən aparılan təhlillər nəticəsində yüksək təhlükəli iş yerləri olan sahələrdə (tikinti, mədənçıxarma, istehsal və s.) fəaliyyət göstərən, işçi sayı çox olan, əməyin mühafizəsi standart,norma və qaydalarına əməl edən və son 5 ildə istehsalat sahələrində işçilərin xəsarət alması və ya ölümü ilə nəticələnən bədbəxt hadisələrin baş vermədiyi müəssisələr (“AS Texnoservis” MMC, “Paşa İnşaat” MMC, “Agro Dairy” MMC, “Azərgold” QSC, "Tabaterra" QSC, "AZ-GRANATA" MMC və "Qalf Drillinq Saplay FZE" Şirkətinin Azərbaycan Respublikasindaki Filiali, "Hallibörton Yeureyja Limited" Şirkətinin Filiali) seçilərək onlara Təşəkkürnamə təqdim edilib.

CBC radiosunun Qarabağda yayımı başlayıb
CBC radiosunun Qarabağda yayımı başlayıb
Azərbaycanda stasionar telefonlardan imtina ediləcəkmi?
Azərbaycanda stasionar telefonlardan imtina ediləcəkmi?
Azercell “Səyahət bu gün” mövzusu ətrafında müzakirə həyata keçirir
Azercell “Səyahət bu gün” mövzusu ətrafında müzakirə həyata keçirir
Loading Bars
Xəbər lenti
Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər xəsarət alıb
Əfqanıstanda daha bir partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
Güclü külək mülki obyektlərin damını uçurdu (FOTO)
Nigeriyada gəmini batması nəticəsində 28 nəfər ölüb
Heydər Əliyev ən ağır şərtlərdə Azərbaycanı qanadlandırmış insandır - Yuli Qusman
Bu gündən Azərbaycanda yaşı 18-dən yuxarı şəxslərin vaksinasiyası başlayır
Bakıda “Mercedes” yanıb
Braziliyada koronavirusdan daha 1 024 nəfər ölüb
Mayın 11-dən 14-dək ölkə ərazisində yağmursuz və xoş hava şəraiti müşahidə olunacaq
BMT TŞ Şərqi Qüdsdəki vəziyyətlə əlaqədar iclas keçirəcək
Azərbaycan Rusiyadan beynəlxalq pul köçürmələri üzrə I rübdə lider olub
Gəncədə ikimərtəbəli evdə yanğın olub
Britaniyada koronavirusa daha 1 770 nəfər yoluxub
Ermənistan parlamentində yeni baş nazirin seçilməsi üçün ikinci səsvermə keçiriləcək
Ağcabədidə yol qəzası baş verib, xəsarət alan var
Lavrov bu gün Azərbaycana səfər edəcək
Gədəbəy polisi ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib (FOTO)
Dünyada ötən sutka koronavirusa 786 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür
Türkiyədə koronavirusdan sağalanların sayı 4,7 milyonu ötüb
Türklərlə düşmənçilik yalnız Ermənistan üçün deyil, bütün bölgə üçün fəlakətdir - Paşinyan
Şimşək çaxıb, arabir yağış yağıb - Faktiki hava
Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Ulu Öndərin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Misir iyunda Çinin "Sinovac" peyvəndinin istehsalına başlayacaq
Hemilton İspaniya Qran Prisinin qalibi olub
Heydər Əliyev bu gün beynəlxalq arenada iri fiqura çevrilmiş Azərbaycanın möhkəm təməlini qoyub - Rob Sobhani
Azərbaycanın dörd para-taekvandoçusu Tokio-2020-yə lisenziya qazandı (ƏLAVƏ OLUNUB)
Suriya sahillərində tanker partlayıb
Bakıda minik avtomobili dəmir maneəyə çırpılıb, ölən var
Yol polisi İsmayıllıda reyd keçirib (FOTO)
Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazıb
Milli Gimnastika Arenasında gimnastlar üçün ən yaxşı şərait yaradılıb - Jalə Qaratova
76 il əvvəl faşizm üzərində qələbə çalan babalarımızın davamçıları erməni faşizminin başını əzdi - Könül Nurullayeva
Yarışlardan sonra emosiyalar müsbətdir - Dünya Kubokunda bürünc medal qazanmış Azərbaycan komandası
Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO)
Ermənistanda Njdenin şəxsiyyətinə pərəstiş nasist Almaniyasında Hitler şəxsiyyətinə pərəstişlə müqayisə oluna bilər - Oleq Kuznetsov
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Gazelli Group şirkəti İkinci Dünya Müharibəsi veteranlarını özünəməxsus şəkildə təbrik edib (FOTO)
Azərbaycanda 1539 nəfər COVID-19-dan sağalıb, 660 nəfər yoluxub
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi keçirilib (FOTO)
Bolqarıstan 3 halqa və 2 cüt gürzlə hərəkətlərdə Dünya Kubokunun qalibi olub
“Suraxanı” gəmi muzeyi 10 may tarixindən vətəndaşların istifadəsinə veriləcək
Ombudsman beynəlxalq təşkilatlara çağırış edib
Bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günündə maraqlı anlar (FOTO)
Bolqarıstan gimnastı Dünya Kubokunda lentlə hərəkətlərdə birinci olub
Faşizm üzərində qazanılan Qələbənin 76-cı ildönümü Beyləqanda qeyd edilib (FOTO)
Zəngilanda əkilən palıd toxumları cücərməyə başlayıb - Nazirlik (FOTO)
İsrail gimnastı Linoy Aşram Dünya Kubokunda daha bir qızıl medal qazandı
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)
Azərbaycan komandası 5 topla hərəkətlərdə Dünya Kubokunun bürünc medalını qazanıb
Müdafiə Nazirliyinin rəhbərliyi Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib (FOTO)
Azərbaycanın Ermənistanla sərhədində daha bir hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
İtaliyalı gimnast Dünya Kubokunda topla hərəkətlərdə qalib gəlib
Şuşa şəhərində Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
İsrail gimnastı Linoy Aşram Dünya Kubokunda halqa ilə hərəkətlərdə qızıl medal qazanıb
İsveçrə nəşri Azərbaycan Prezidentinin Şuşanı mədəniyyət paytaxtı elan etməsindən yazır
Sabahın hava proqnozu açıqlanıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər (FOTO/VİDEO)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günü başlayıb (FOTO)
96 yaşlı müharibə veteranı: Ulu öndər Heydər Əliyevdən gördüyümüz diqqət və qayğını indi Prezident İlham Əliyevdən görürük (VİDEO)
Azərbaycan xalqı Heydər Əliyev kimi dühanı yetişdirdiyi üçün xoşbəxtdir - Əflatun Amaşov
Azərbaycan aprel ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Moskvada hərbi parad keçirilir
Mingəçevir Dövlət Universitetində 9 May - Qələbə Gününə həsr olunan konfrans keçirilib
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ailələrində ziyarət edilib (FOTO)
Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib (FOTO)
Azərbaycan Sənaye Korporasiyası ağacəkmə aksiyası keçirib (FOTO)
Göygöl Milli Parkının ərazisinə balıq körpələri buraxılıb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib (FOTO)
Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib
100-dən çox diaspor könüllüsü və gənci “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda keçirilən konfransa qatılıb
Azərbaycan XİN 9 May Qələbə Günü ilə bağlı bəyanat yayıb
Əfqanıstanda silahlı qarşıdurmada yeddi polis öldürülüb
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib (FOTO)
Bu gün sonuncu Qədr gecəsidir
Los-Ancelesdə Azərbaycanın faşizm üzərində qələbəsindəki roluna dair film hazırlanıb (VİDEO)
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb
Şirvan şəhərində "Opel" yanıb
Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirlər qadağan ediləcək
Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Nyu-Yorkun Tayms-skver meydanında atışma baş verib
Dünyada ötən sutka koronavirusa 817 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün hər cür şərait yaradılıb - amerikalı idmançı
Türkiyədə son sutkada koronavirusdan 28 896 nəfər sağalıb
"Bavariya" ardıcıl 9-cu dəfə futbol üzrə Almaniya çempionu oldu
Daşkəsən polisi şəhid ailələrinə bayram sovqatları paylayıb
Əfqanıstanda məktəbin qarşısında partlayışlar olub, çoxlu sayda ölən var
Mingəçevir Dövlət Universitetində “Dahi Azərbaycanlı” sənədli filmi nümayiş etdirilib (FOTO)
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Azərbaycanda bayram tətili başlayıb
Mayın 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək
Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Milli Gimnastika Arenasının zalı heyrətamiz dərəcədə gözəldir - rusiyalı idmançı
Mingəçevir Dövlət Universitetində “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin ekoloji vəziyyəti” mövzusunda nəzəri-praktiki seminar keçirilib (FOTO)
Ramazanın 26-cı gününün duası - İmsak və iftar vaxtı
İran yük avtomobilləri Qarabağa yük daşımır - İran səfirliyi
Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib (FOTO)
Bütün xəbərlər