...

Bugünkü buraxılış imtahanlarının nəticələri nə vaxt elan ediləcək? - RƏSMİ

Cəmiyyət Materials 29 Aprel 2021 16:46 (UTC +04:00)
Bugünkü buraxılış imtahanlarının nəticələri nə vaxt elan ediləcək? - RƏSMİ

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarının nəticələrinin elan ediləcəyi vaxt açıqlanıb.

Trend-in Mərkəzə istinadən verdiyi məlumata görə, aprelin 30-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti