...

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı videoformatda növbəti vətəndaş qəbulu keçirib (FOTO)

Cəmiyyət Materials 5 May 2021 14:24 (UTC +04:00)
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı videoformatda növbəti vətəndaş qəbulu keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus pandemiyası ilə bağlı qərarını nəzərə alaraq, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların videoformatda növbəti qəbulunu keçirib.

İcradan Trend-ə verilən məlumata görə, fərdi qaydada keçirilən onlayn qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib. Müraciətlər işə qəbul, fərdi yaşayış evlərinin işıq və qazla təchizatı eləcədə sosial müdafiə məsələlərini əhatə edib.

Müraciətlər dinlənildikdən sonra bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə aidiyyatı qurumlar üzrə yönləndirilib.

Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib. Onlayn qəbul zamanı suvrama mövsümünün başlanması ilə əlaqədər mövcud vəziyyətdə müzakirə edilib. Rayon ərazisindən keçən çay və kanallarda su axının normal təşkili eləcədə torpaq sahələrinin normal su ilə təchizatı üçün müvafiq tövsiyyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti