...

DGK bayram günləri gündəlik iş rejimində fəaliyyət göstərəcək

Cəmiyyət Materials 6 May 2021 18:32 (UTC +04:00)
DGK bayram günləri gündəlik iş rejimində fəaliyyət göstərəcək

Bakı. Trend:

Qarşıdan gələn bayramlarla əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin (DGK) strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri 10, 11, 12 və 15 may tarixlərində gündəlik iş rejimində fəaliyyət göstərəcək.

Komitədən Trend-ə bildirilib ki, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti