...

“Berqa” markasının dəstəyi ilə onlayn qadın festivalı keçirilib

Cəmiyyət Materials 11 May 2021 17:26 (UTC +04:00)
“Berqa” markasının dəstəyi ilə onlayn qadın festivalı keçirilib

Bakı. Trend:

Azərbaycanda ilk dəfə olaraq “Berqa” markasının da rəsmi tərəfdaşlığı ilə Onlayn Qadın Festivalı baş tutub. Qadınların müxtəlif sahələr üzrə maariflənməsinə imkan yaradan festival qadinfest.az platforması üzərindən həyata keçirilib.

Bir fincan əhvalları dəyişdirən “Berqa” çayının ətrafına toplanan xanımları maraqlandıran çoxşaxəli mövzular müzakirəyə çıxarılıb, onlar üçün əsl xoş əhval zonası yardılıb. Üç gün ərzində onlayn platforma üzərindən karyera, təhsil, sağlamlıq, gözəllik, psixologiya, uşaqlarla davranış və s. kimi mövzular barədə tanınmış peşəkar mütəxəssislərin canlı çıxışı baş tutub.

Festival zamanı “Azərsun Holdinq”in Çay Kateqoriyasının direktoru Derya Cantutan Ata çıxış edərək, festivalın keçirilməsinin önəmini vurğulayıb, bu kimi tədbirlərin qadınların həyatında xüsusi yerin olduğunu bildirib.

“Berqa” markası festivalda iştirak edərək xoş əhval zonası yaradıb. Məqsəd, qadınlarla təmas qurmaq, bir stəkan çayın mahiyyətini daha yaxından izah etməkdir. Festival zamanı “Berqa” qadınlarla ünsiyyətə keçərək onlarda xoş əhval yaratmağa nail olub. Ünsiyyətin qurulmasında İctimai Televiziyanın aparıcısı Nübar Əbil moderatorluğu öz üzərinə götürüb. Festivalda “Berqa” çayının 100% təbii və yeni meyvəli çeşidlərinin təəbii meyvə dilimli olması barədə məlumat verildi.

Qadınlardan gələn müxtəlif suallar arasında ən diqqət çəkəni, “Azərsun Holdinq”in qadınlarla bağlı siyasəti olub. Bildirilib ki, Şirkətlər Qrupunda 4500-dən çox qadın çalışır, yarandığı gündən bu günə qədər, idarəedici olaraq qadınlarının sayı ildən ilə artır. Bundan əlavə, hamilə və 3 yaşına qədər uşağı olan qadınlara tərcübə müddəti tədbiq edilmir, icazə haqqı normal işçilərlə müqayisədə daha çox verilir. Bu da, “Azərsun Holdinq” olaraq qadın əməkdaşlara olan diqqəti göstərərək, onların iş fəaliyyətində qalmaları üçün dəstəkləmək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti