...

Bu gün Azərbaycanda 21 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub

Cəmiyyət Materials 13 May 2021 20:16 (UTC +04:00)
Bu gün Azərbaycanda 21 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub

Bakı. Trend:

Mayın 13-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 21 min 15 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4857, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 16 min 158 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 748 min 725-ə çatıb. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 19 min 352, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 729 min 173 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti