...

Sabah 35 dərəcə isti olacaq

Cəmiyyət Materials 15 May 2021 11:47 (UTC +04:00)
Sabah 35 dərəcə isti olacaq

Bakı. Trend:

Mayın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, mayın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 26-31 dərəcə isti, Bakıda gecə 18-20 isti, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Mayın 16-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 isti, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 21-26 dərəcə isti olacaq.

Mayın 16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti