...

Aİİ-nin rektoru Aqil Şirinov beynəlxalq elmi-praktiki konfransda iştirak edib (FOTO)

Cəmiyyət Materials 31 May 2021 15:17 (UTC +04:00)
Aİİ-nin rektoru Aqil Şirinov beynəlxalq elmi-praktiki konfransda iştirak edib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin təşkilatçılığı və Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin dəstəyi ilə Almatı şəhərində keçirilən beynəlxalq elmi-praktik konfransda onlayn iştirak edib. “Milli-mənəvi birliyin möhkəmlənməsində dini təhsilin rolu” mövzusunda təşkil olunan beynəlxalq elmi-praktik konfrans Qazaxıstan Respublikasının müstəqillik qazanmasının 30, ölkədə fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin yaranmasının 20 illiyinə həsr olunub.

Aİİ rəhbəri Aqil Şirinov konfransda məruzə ilə çıxış edib. Bildirib ki, din təhsili istər dinin əsas prinsiplərinin doğru şəkildə cəmiyyətə çatdırılması, istərsə də dövlət təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, dəyərlər sistemi olaraq din cəmiyyətin mənəvi inkişafında və ictimai birliyin təminində əvəzsiz rola malikdir.

Ölkəmizdə ali dini təhsil verən yeganə müəssisə olan Azərbaycan İlahiyyat İnstitutu haqqında məlumat verən rektor yüksək elmi təfəkkürə malik olan kadrların rəhbərliyində milli-mədəni irsi anlayıb dəyərləndirə bilən, mövcud problemlərə dair həll yolları irəli sürən, ilahiyyat sahəsində əsas biliklərə yiyələnən kadrlar hazırlamağı qarşısına məqsəd qoyduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti