...

"Lider TV"nin fəaliyyəti dayandırılıb

Cəmiyyət Materials 1 İyun 2021 00:32 (UTC +04:00)
"Lider TV"nin fəaliyyəti dayandırılıb

Bakı. Trend:

Bu gündən "Lider TV"nin fəaliyyəti dayandırılıb.

Trend-in məlumatına görə, bununla bağlı qərar Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 24-də keçirilən iclasında elan olunub.

Qərara əsasən, "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq Milli Televiziya və Radio Şurası "Lider TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilib.

Beləliklə, "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti