İnsanlar qida zəhərlənmələrinin əsas infeksiya mənbəyidir - Səhiyyə Nazirliyinin mütəxəssisi

İnsanlar qida zəhərlənmələrinin əsas infeksiya mənbəyidir - Səhiyyə Nazirliyinin mütəxəssisi

Bakı. Trend:

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə müsahibəsində qida toksikoinfeksiyalarının səbəbləri, mənbələri, simptomları və epidemioloji xüsusiyyətləri barədə danışıb.

Trend həmin müsahibəni təqdim edir:

- Qida toksikoinfeksiyaları nədir?

- Qida toksikoinfeksiyaları (zəhərlənmələri) çox sayda bakteriyaların və onların ifraz etdikləri toksinlər tərəfindən törədilən, mədə-bağırsaq pozğunluğu ilə gedən kəskin gedişli xəstəliklərdir.

Adətən qida toksikoinfeksiyaları yüngül intoksikasiya əlamətlərlə gedir və sağalma ilə yekunlaşır.

- Qida toksikoinfeksiyalarının törədiciləri hansılardır?

- Qida toksikoinfeksiyaları şərti-patogen, patogen, aerob və anaerob mikroorqanizmlər tərəfindən törədilir. Ümumi olaraq bunlara Staphylococcus aureus, Proteus mirabilis, Proteus vulgaris, Klebsella pneumoniae, Bacilus cereus, Enterobakter cloacae, Citrobakter, Pseudomonas və s. kimi mikroorqanizmlər aiddir. Bu mikroorqanizmlərin bəziləri ekzotoksin, bəziləri isə endotoksin ifraz edirlər.

- Qida toksikoinfeksiyalarının epidemioloji xüsusiyyətləri hansılardır?

- Qida toksikoinfeksiyalarında əsasən infeksiya mənbəyi insanlardır. Qeyd etdiyim bakteriyalar insanlarda irinli iltihabi proseslər – panaritsi, piodermiya, angina, rinofaringir və s kimi xəstəliklər törədirlər. Qida toksikoinfeksiyaları bakteriyalar və onların toksinləri ilə çirklənmiş kremli qənnadı məhsullar, ət, balıq, süd və ərzaq məhsullarını yedikdə baş verir. Sadaladığımız yeyinti məhsullarını hazırlayarkən, düzgün şəraitdə saxlanılmazsa, soyuducuya qoyulmazsa, acıq qabda saxlanılarsa o zaman bakteriyalarla çirklənər.

Bəzən heyvanlarda infeksiya daşıyıcısı olur. Mastiti olan heyvanlarında südü bakterioloji olaraq çirklənir. Bu da insanların süd məhsullarını istifadə etdikdə yoluxmaları ilə nəticələnir.

- Qida toksikoinfeksiyalarının simptomları hansılardır?

- Qida toksikoinfeksiyalarının klinik əlamətləri qida qəbulundan 30 dəqiqədən 24 saata qədər davam edən gizli dövürdən sonra özünü biruzə verir.

İlkin olaraq xəstələrdə ürəkbulanma, qusma və mədədə kəskin ağrılar baş verir. Bəzi hallarda bir neçə dəfə ishalda müşahidə edilir. Xəstələrdə qızdırma dərhal yüksəlsə də, qısa müddətdən sonra normaya enir. Bəzən qusma öyümə ilə müşahidə olunaraq, inadlı xarakter daşıyır. Adətən qusuntunun tərkibində həzm olunmamış qida qalıqları olur. Qusuntu kütləsi pis iyli olur.

Əksər xəstələrdə intoksikasiya simptomları müşahidə edilir. Belə ki, xəstələrdə ümumi zəiflik, halsızlıq, baş ağrısı və başgicəllənmə olur. Xəstələrdə üzün və bədənin dərisi solğunlaşır, dili ağ ərplə örtülür, təziq düşür-arterial hipotoniya və ürək döyüntüsünün sayının artması müşahidə edilir.

Qarın boşluğunun palpasiyası zamanı mədə və göbəkətrafı nahiyyədə ağrılar olur.

Əksər hallarda qida toksikoinfeksiyaları yüngül gedir. Bu zaman xəstələrdə əsasən qusma olur, digər əlamətlər çox vaxt olmur.

Ağır gediş zamanı xəstələrdə çox saylı qusma, bəzən selikli qanlı nəcis ifrazı, su-duz və turşu-qələvi müvazinətinin pozulması, bəzən isə qaraciyər və dalağın böyüməsi rast gəlinir.

Ağır xəstələrdə su-duz mübadiləsinin pozulması nəticəsində əzələlərdə qıcolmalar baş verir. Ümumiyyətlə, qida toksikoinfeksiyaları sağalma ilə qurtarır.

- Qida toksikoinfeksiya zamanı hansı ağırlaşmalar yarana bilər?

- Ağır hallarda xəstələrdə dehidratasion şok kimi ağırlaşmalar müşahidə edilir. Bəzi xəstələrdə ikincili infeksiyaların qoşulması nəticəsində bakterial ağırlaşmalarda baş verə bilir.

- Qida toksikoinfeksiyalarının diaqnozu necə qoyulur?

- Əsas diaqnoz klinik-epidemioloji məlumatlara əsasən qoyulur. Klinik olaraq xəstələrdə qısa inkubasion dövrün olması, xəstəliyin eyni ərzaq məhsulları qəbul etmiş şəxslər arasında qəflətən baş verməsi, xəstələnənlərdə eyni klinik əlamətlərin olması, ilkin yardım-mədənin yuyulması, təmizləyici imalədən sonra vəziyyətinin qısa müddət ərzində yaxşılaşması diaqnozu qoymağa imkan verir.

Epidemioloji olaraq ərzaq məhsulunun xarakterinə, onların saxlanılma şəraitinə, hazırlanma qaydasına, yemək hazırlayanların sağlamlıq vəziyətinə və onların irinli zədələnmələrinə diqqət yetrilməlidir.

Etioloji diaqnoz isə qusuntu kütləsindən, mədə yuyuntusundan, ərzaq məhsullarının qalığından və bağırsaq möhtəviyyatından mikrob kulturasının tapılması nəticəsində qoyulur.

- Qida qida toksikoinfeksiyalarının qarşısını necə almaq olar?

- Qida toksikoinfeksiyalarının profilaktikasında müasir standartlara cavab verən müəssələrin yaradılması və məhsulların saxlanılmasının təkmilləşdirilməsi əsas yer tutur.

Dərinin irinli xəstəlikləri, angina, rinofaringit və s kimi bakterial etiologiyalı xəstəlikləri olan şəxslər işdən kənarlaşdırılmalı, tam müalicə olunmalı və müalicədən sonra bakterioloji müayinənin mənfi nəticəsindən sonra işə buraxılmalıdırlar.

Baytarlıq işçiləri xəstə heyvanları vaxtında aşkar etməli, ət və süd məhsullarının istehsalına ciddi nəzarət etməlidirlər.

- Vətandaşlarımıza qida toksikoinfeksiyaları barədə tövsiyələriniz nədir?

- Tövsiyyələrin ondan ibarətdir ki, isti aylarda küçədə günəş şüaları altında satılan kremli qənnadı məhsulların, ət, balıq və süd məhsullarını almasınlar.

Bu qida məhsullarını mütləq soyuducuda saxlanılan dükanlardan əldə etsinlər.

İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib
İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib
Çində körpü çöküb, ölənlər var
Çində körpü çöküb, ölənlər var
Fransada 71 etirazçı saxlanılıb
Fransada 71 etirazçı saxlanılıb
Loading Bars
Xəbər lenti
Azərbaycan triatlonçusu Rostislav Pevtsov "Tokio-2020"də mübarizə aparıb
Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir (FOTO)
Tunis prezidenti ölkə parlamentinin fəaliyyətinin dayandırıldığını elan edib
İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib
Türkiyədə son sutkada koronavirusdan 5 211 nəfər sağalıb
İspaniyalı motoyarışçı Milian turnir zamanı qəzada həlak oldu
Londonda leysan yağışlar küçələrdə hərəkəti iflic edib
Şahmat üzrə Dünya kuboku: Vasif Durarbəyli səkkizdəbir finalda heç-heçə edib
Çində körpü çöküb, ölənlər var
Bakıda transformator yanıb
Basketbol üzrə ABŞ yığması Olimpiada çərçivəsində son 17 ildə ilk dəfə məğlub olub
Prezident İlham Əliyev Serbiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)(YENİLƏNİB)
Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın olub
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Fransada 71 etirazçı saxlanılıb
Yerevanın təcavüzkar siyasəti Ermənistanı yeni problemlərlə qarşılaşdıracaq - Ömər Çelik
Vətəndaşlara xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş şəxs ekstradisiya olunub - Baş Prokurorluq
Qazax sakinində “patı” aşkarlanıb
Samuxda toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub (FOTO)
Olimpiya medalçılarına 30 saniyəlik maskanı çıxarmağa icazə verildi
Qəbələdə şadlıq sarayının sahibi 4 min manat cərimələnib
Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub - MN
Xorvatiyada avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
Göyçay sakinindən “patı”, heroin və metadon həbləri aşkarlanıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda daha 386 nəfər koronavirusa yoluxub
Şəhid pilot polkovnik-leytenant Rəşad Atakişiyevin anım mərasimi keçirilib (FOTO)
Cəbrayıl şəhərciyində və Bərdədə karantin qaydalarının pozulduğu toylar aşkar edilib
Rusiyada koronavirusa daha 24 min nəfər yoluxub
Bərdə və Beyləqan sakinlərindən narkotik aşkar edilərək götürülüb
Hacıqabulda şadlıq sarayının icarədarı 4000 manat cərimə olundu (FOTO)
Yevlaxda əməliyyat keçirilib, “patı”, heroin və psixotrop həblər götürülüb
Gürcüstanda zəlzələ olub
İranda daha 27 min nəfər koronavirusa yoluxub, 268 nəfər ölüb
FHN Badamdar qəsəbəsində baş verən yanğınla bağlı məlumat yayıb
Türkiyə ordusu Suriyanın şimalında 7 terrorçunu məhv edib
Lənkəranda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib (FOTO)
Türkiyə parlamentinin sədri Azərbaycana səfərə gəlir
Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Göyçayda toy sahibi cərimələnib (FOTO)
Gürcüstanda daha 2 061 nəfər koronavirusa yoluxub
Salyanda karantin qaydalarını pozan şəxslər cərimələnib (FOTO)
Masallıda karantin qaydalarını pozan obyekt sahibləri və toy təşkilatçıları cərimələnib (FOTO)
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevin qələbə və inkişafa hədəflənmiş xarici siyasəti - TƏHLİL
Zaqatalada polis “patı”əməliyyatı keçirib, keçmiş məhkum saxlanılıb (FOTO)
Əfqanıstan ordusu bir sutka ərzində 175 "Taliban" üzvünü zərərsizləşdirilib
DİN: COVID-19 pasportu olmayan 1562 nəfər toy şənliyinə buraxılmayıb
Dövlət Miqrasiya Xidməti Azərbaycanda yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Saatlıda toyda icazə verilən həddən artıq sayda qonağın iştirak etməsi müəyyən edilib (FOTO)
Goranboyda qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)
Qazaxıstanda koronavirusa daha 6 631 nəfər yoluxub
Şirvanda şadlıq evlərində reyd keçirilib (FOTO)
Dünya çempionumuz Tokio-2020-yə qələbə ilə başlayıb
UNESKO avtotunelin inşa ediləcəyi təqdirdə Stounhedcin Dünya irsi obyekti statusunu ləğv edə bilər
Hindistanın paytaxtında koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır
Azərbaycan gimnastı Marina Nekrasova Tokio Olimpiadasında təsnifat mərhələsində çıxış edib
Azərbaycanda quraqlıqla mübarizə üçün sudan necə istifadə edilməlidir? - Alimdən açıqlama
Dünyada COVİD-19 əleyhinə 3,8 milyarddan çox peyvənd istifadə edilib
Marina Nekrasova Tokio Olimpiadasında dayaqlı tullanma üzrə çıxış təqdim edib
Fransada meşə yanğınları 800 hektar ərazidə bitkiləri məhv edib
Azərbaycan gimnastı Tokio Olimpiadasında xalça üzrə sərbəst hərəkətlərdə çıxış edib
Marina Nekrasova Tokio Olimpiadasında gimnastika tiri üzərində çıxış təqdim edib
Azərbaycan gimnastı Tokio Olimpiadasında müxtəlif hündürlüklü qollarda çıxış edib
Tokio-2020: Azərbaycan gimnastı Marina Nekrasova mübarizəyə qoşulur
Güclü yağışlar Belçikanın cənubunda yeni daşqınlara səbəb oldu
Bağdadda onlarla dinc sakinin həyatına son qoyan partlayışın təşkilatçıları saxlanılıb
ABŞ-da konsert zamanı atışma olub, ölənlər var
"Fərat Qalxanı" əməliyyatı ərazisində iki türk hərbçisi şəhid olub
Badamdar qəsəbəsində baş verən yanğın söndürülüb
Ərəb koalisiyası husilərin üç minalanmış dronlarını dəf edib
İranın yeni prezidenti ilə Oman sultanı arasında telefon danışığı baş tutub
Türkiyədə son sutkada koronavirusdan 5 383 nəfər sağalıb
Təhsil naziri müəllimlərin işə qəbulu ilə bağlı narazılıqlara münasibət bildirib
Fransada sanitar buraxılış vərəqələrinə qarşı mitinqlərə 160 min sakin qoşulub
TƏBİB Xalq artisti Səməd Səmədovun ölümü ilə bağlı məlumat yayıb
“Dağlıq Qarabağ” olmadığı kimi “status” məsələsi də yoxdur - Leyla Abdullayeva
Hankook Tire Cənubi Koreyada zavodunun işini dayandırır
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 412 nəfər koronavirusa yoluxub
Çinin Henan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 58-ə yüksəlib
Danimarkada Azərbaycan diasporunun fəal üzvü dünyanın ən məhsuldar alimi seçilib
Xalq artisti Səməd Səmədov vəfat edib
Kamerunda hərbi bazaya hücum: 7 hərbçi öldürülüb
“ADPU-nun Quba filialı: regionun elm, təhsil və mədəniyyət məbədi” adlı layihəyə start verilib (FOTO)
Sakit okeanda 6,1 bal gücündə zəlzələ baş verib
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Bir qrup media və QHT nümayəndəsi jurnalistlər üçün tikilən binanın şəhid ailələrinə verilməsi üçün müraciət ediblər
Cəbrayıl rayonunun Sofulu kəndi (VİDEO)
"Azercell" Milli Olimpiya Komandasına uğurlar arzulayır (FOTO)
Toylarda monitorinqlər: 83 nəfər cərimələnib, 741 nəfər şənliyə buraxılmayıb
Azərbaycan gimnastı Yay Olimpiya oyunlarında təsnifat mərhələsində iştirak edib
Bulvarda özünü dənizə atan gənc qızın meyiti çıxarılıb
Sərhəddə baş verən təxribatlara görə bütün məsuliyyət tam olaraq Ermənistanın üzərindədir - Naqif Həmzəyev
Azərbaycan gimnastı Yay Olimpiya oyunlarında mübarizəyə qoşulur
Ağcabədidə karantin qaydalarını pozan restoran sahibi barəsində cinayət işi başlanılıb
Polis bir neçə şəhər və rayonda əməliyyat keçirdi: "Patı" satanlar saxlanıldı (FOTO/VİDEO)
İranda daha 259 nəfər koronavirusdan ölüb
"S&P" Azərbaycanın kredit reytinqlərini "stabil" səviyyədə saxlayıb
Xocavənddə minalanmış ərazidəki yanğın söndürülüb (VİDEO)
Bütün xəbərlər