...

Yaponiyada Hiroşima atom bombardmanı qurbanlarının xatirəsi anılıb

Cəmiyyət Materials 6 Avqust 2021 06:21 (UTC +04:00)
Yaponiyada Hiroşima atom bombardmanı qurbanlarının xatirəsi anılıb

Bakı. Trend:

Bu gün Yaponiyada ABŞ-ın Hiroşimaya atom bombardmanına tutmasının 76-cı ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.

Yerli vaxtla saat 08:15 -də (03:15 GMT+4) - 1945-ci ildə bombanın endirilməsi zamanı - ölkə daxilində bir dəqiqəlik sükut elan olunub. Sonra bələdiyyə başçısı Kazumi Matsui və Yaponiyanın Baş naziri Yosihide Suqa Hiroşima Sülh Parkında çıxış etdikləri bildirilir.

Anım tədbirlərində xarici dövlətlərin nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti