...

Tərtərdə heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Avqust 2021 14:45 (UTC +04:00)
Tərtərdə heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirilib (FOTO)

Bakı. Çingiz Səfərli - Trend:

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Tərtər Rayon İcra Hakimiyyətinin və polis şöbəsinin əməkdaşları ilə birgə rayonda fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib.

Agentlikdən Trend-ə verilən məlumata görə, reydlər zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib.

Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb.

Eyni zamanda kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti