Bakı. Çingiz Səfərli - Trend:
Bu günə qədər görülən tədbirlər nəticəsində artıq 72 marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə, "BakıKart"a inteqrasiya edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, qalan 92 marşrut xəttinin də inteqrasiyası üçün iş aparılır.
Marşrut şəbəkəsinin təxminən 43%-ə qədəri artıq nağdsız sistemə keçirilib.
Twitter:@cingizsafarli