...

Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli açılışa hazırlanır

Cəmiyyət Materials 11 Sentyabr 2021 12:02 (UTC +04:00)
Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli açılışa hazırlanır

Bakı. Samir Əli - Trend:

Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli quraşdırılıb.

Trend-in məlumatına görə, heykəl paytaxtın Səbail rayonu ərazisində "İçərişəhər" metro stansiyasının qarşısında qoyulub. Hazırda heykəlin ətrafı abadlaşdırılır. Yaxın günlərdə heykəlin açılışı gözlənilir.

Qeyd edək ki, Azərbaycan milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi üçün hazırlanan heykəlin müəllifi Xalq Rəssamı Xanlar Əhmədovdur.

Xəbər lenti

Xəbər lenti