...

Metro qatarında nasazlıq yarandı, intervalda gecikmə oldu

Cəmiyyət Materials 20 Oktyabr 2021 15:28 (UTC +04:00)
Metro qatarında nasazlıq yarandı, intervalda gecikmə oldu

Bakı. Samir Əli - Trend:

Bakıda metro qatarında nasazlıq yaranıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, metronun "Qara Qarayev" stansiyasından "Neftçilər" stansiyasına hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb: ""Neftçilər" stansiyasında sərnişinlər düşürülüb və qatar texniki yoxlama məqsədilə stansiya dalanına verilib. Nəticədə, iki qatar arasında 4 dəqiqəyə yaxın yubanma müşahidə olunub. Xəttə ehtiyat qatar verilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti