...

Azərbaycanda yeni "omikron" ştammı aşkarlanmayıb - RƏSMİ

Cəmiyyət Materials 29 Noyabr 2021 10:31 (UTC +04:00)
Azərbaycanda yeni "omikron" ştammı aşkarlanmayıb - RƏSMİ

Bakı. Samir Əli - Trend:

Azərbaycanda COVİD-19-un yeni "omikron" ştammı aşkarlanmayıb.

Milli Hematologiya və Transfuziologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəzin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib ki, bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb:

"Ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində "cluster" tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb", - mütəxəssis əlavə edib.

Xatırladaq ki, Afrikanı cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan əlifbasının “omikron” hərfi ilə adlandırılıb. Bu ştamın yoluxma riskinin yüksək olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti