Bakı. Çingiz Səfərli - Trend:
İlkin mülahizələrə görə, "Omikron" da "Delta" və "Delta+" kimi yoluxduruculuq qabiliyyəti nisbətən daha yüksək olan virusdur.
Trend xəbər verir ki, bunu Klinik Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.
Onun sözlərinə görə, "Omikron" 10-15 faiz daha yoluxucudur.
"Lakin hələ də tədqiqatlar davam edir, dəqiq bir şey demək çətindir. "Omikron"a aid spesifik xüsusiyyətlkərin nə olduğunu indidən demək olmaz. Lakin baş ağrısı, qızdırma və əzələ ağrısı ilə müşahidə olunduğu yönündə ilkin fikirlər var".
Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.
ÜST yeni "omikron" ştammının dünyanın 57 ölkəsində aşkar edildiyini bildirib.