...

“Türkologiya” jurnalının 2021-ci il üçün 2-ci (sonuncu) sayı çapdan çıxıb

Cəmiyyət Materials 16 Dekabr 2021 18:19 (UTC +04:00)
“Türkologiya” jurnalının 2021-ci il üçün 2-ci (sonuncu) sayı çapdan çıxıb

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının 2-ci sayı (2021) artıq nəşr olunub.

Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov məlumat verərək bildirib ki, “Türkologiya” jurnalının 2-ci sayında türkologiyanın müxtəlif sahələrinə dair Azərbaycan, türk, ingilis və rus dillərində elmi məqalələr dərc olunub. O qeyd edib ki, jurnalın bu sayında Arzu Hacıyevanın “Akademik Aqafangel Krımski və onun son əsərinin taleyi”, Atilla Jorma və Əbülfəz Quliyevin “Ural-Altay nəzəriyyəsi: tarixi mülahizələr və reallıqlar”, Buket Baranın “Sibir türk dilləri araşdırmaları (XVIII-XIX əsrlər və XX əsrin I rübü)”, Vilayət Quliyevin “Mirzə Kazımbəyin bir təşəbbüsü haqqında” adlı məqalələri başda olmaqla bir çox orijinal araşdırmalara yer verilib.

Junralın 2-ci sayının klassik irs, dilçilik, ədəbiyyat və folklor, müzakirə və diskussiya, türkoloji mərkəzlər rubrikalarında Azərbaycan, Türkiyə, Özbəkistan, Rumıniya, Şimali Makedoniya və Türkmənistanın elmi mərkəzlərindən göndərilmiş elmi araşdırmalar dərc edilmişdir. Məqalələrdən bir neçəsini nümunə verək: Ahmet Bican Ərcilasun “Uyğur şairi Abdukadir Calalidinin “Çarəsizliyin şeiri” adlı əsəri” (Türkiyə), Lyudmila Bejenaru “Kantemirlər sülaləsinin mirası Şərqlə Qərbin mənəvi-mədəni simbiozu kimi” (Rumıniya), Abdullacon Beqmatov “Özbək” etnoniminin yaranma tarixi haqqında” (Özbəkistan), Muradgeldi Soyeqov “Ənvər paşa ‒ Lenin münasibətləri və türkmənlər” (Türkmənistan).

Elmi həyat, personalia və nekroloqlar rubrikalarında isə türkologiyada əlamətdar hadisələrə və görkəmli şəxsiyyətlərə dair maraqlı yazılar dərc edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti