...

Sayğac quraşdırılmasına görə sakinlərdən yığılan pul qanunsuzdur - Baş direktordan çağırış

Cəmiyyət Materials 17 Dekabr 2021 16:35 (UTC +04:00)
Sayğac quraşdırılmasına görə sakinlərdən yığılan pul qanunsuzdur - Baş direktordan çağırış

Bakı. Elçin Mehdiyev – Trend:

47 manat dəyəri olan qaz sayğacları üçün bir sıra mənzil-tikinti kooperativlərinin (MTK) mənzil sahiblərindən 500 manat istəməsi qeyri-qanunidir.

Trend-in məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

R.Əliyev bildirib ki, bu ilin iyul ayından etibarən çoxmərtəbəli evlərin də qazlaşdırılması zamanı qaz sayğaclarının quraşdırılmasına görə heç bir ödəniş alınmır.

Birlik rəhbərinin sözlərinə görə, bəzi binalarda MTK rəhbərləri özlərini binanın sahibi kimi aparırlar: “Amma hüquqi cəhətdən baxsaq, vətəndaşlar bilməlidir ki, binanın sahibi onların özləridir. Onlar bu MTK-larda payçıdırlar”.

Baş direktor bu cür MTK-larda yaşayan sakinlərə müraciət edərək bildirib ki, belə hallarda heç bir ödəniş etməsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti