...

Səhiyyə Nazirliyinin yeni veb-saytı istifadəyə verildi

Cəmiyyət Materials 28 Dekabr 2021 16:32 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Səhiyyə Nazirliyinin yeni veb-saytı ictimaiyyətin istifadəsinə verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yenilənmiş sayt standartlara uyğun olaraq müasir dizaynı, fərqli strukturu və istifadədə asan olması ilə fərqlənir.

Proqram təminatı və tərtib olunan alqoritm əsasında yenilənən saytda müasir iş prinsiplərinin və innovativ yeniliklər tətbiq olunub.

Sayt həm funksionalığı, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, elektron xidmətlərin həcmi genişləndirilməklə yeni modullar əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti