...

Yanğın baş verən məktəbdə ənənəvi tədris bərpa edilib

Cəmiyyət Materials 10 Yanvar 2022 09:27 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Bakıda ötən həftə yanğın baş vermiş 84 nömrəli tam orta məktəbdə tədris ənənəvi qaydada davam edir.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumata görə, məktəbin işıq, su və istiliklə təminatı normaldır.

Qeyd edək ki, yanvarın 7-də baş vermiş yanğın səbəbindən məktəbdə tədrisin bir günlük distant qaydada təşkili zərurəti yaranmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti