...

Kriminal hadisələrin qarşısını almaq üçün yaşayış binaları ilə bağlı yeni tələb qoyulur

Cəmiyyət Materials 12 Yanvar 2022 08:43 (UTC +04:00)
Kriminal hadisələrin qarşısını almaq üçün yaşayış binaları ilə bağlı yeni tələb qoyulur

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Kriminal hadisələr riskinin və onların nəticələrinin azaldılmasına yönəldilmiş tədbirlərə istismar mərhələsində əlavələr edilməlidir.

Trend-in məlumatına görə, bu barədə məsələ "Yaşayış binaları. Layihələndirmə normaları"nda əksini tapıb.

Yeni normalara əsasən, binanın gözətçi otağı (layihə tapşırığında nəzərdə tutulduğu halda) elə yerləşdirilməlidir ki, oradan vestibülün giriş qapısına, vestibül olmadıqda, liftə və pilləkənə aparan keçidə vizual baxış təmin olunsun. Gözətçi otağının yanında sanitar qovşağı nəzərdə tutulmalıdır.

Mülki müdafiə qurğularının yerləşdirilməsi sxemi üzrə müəyyənləşdirilmiş bir sıra binalarda layihə tapşırığına uyğun olaraq ikili funksional təyinatı olan sahələr layihələndirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti