...

İkinci Qarabağ müharibəsinə qədər 10 mindən çox qaçqına hüquqi yardımlar göstərilib - BMT QAK (FOTO)

Cəmiyyət 18 Yanvar 2022 10:55 (UTC +04:00)
İkinci Qarabağ müharibəsinə qədər 10 mindən çox qaçqına hüquqi yardımlar göstərilib - BMT QAK (FOTO)

Bakı. Samir Əli - Trend:

İkinci Qarabağ müharibəsinə qədər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) tərəfindən qaçqın düşmüş 10 mindən çox şəxsə hüquqi yardımlar göstərilib.

Trend-in məlumatına görə, bunu Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin Qaçqınlar, Sığınacaq axtaranlar və Vətəndaşlığı olmayan şəxslərıə bağlı Qərarlar Toplusunun nəşri ilə bağlı keçirilən tədbirdə BMT QAK-ın ölkə üzrə nümayəndəsi Guido Ambroso deyib.

O bildirib ki, 1995-1997-ci illərdən başlayaraq təşkilat qaçqın düşmüş şəxslərə maddi yardımla yanaşı hüquqi yardımlar da göstərib.

"İkinci Qarabağ Müharibəsinə qədər bizim təşkilat tərəfindən 10 mindən çox qaçqın düşmüş şəxsə hüquqi yardımlar göstərilib. Bundan başqa BMT QAK tərəfindən vətəndaşlığı olmayan və yaxud vətəndaşlığı təhlükə altında olan şəxslərə də köməklik göstərilib. Çünki vətəndaşlığı olmayan şəxslərin taleyi bizi çox maraqlandırır. 90-cı illərin sonundan hazırkI dövrə qədər 221 nəfər vətəndaşlığı olmayan şəxsə hüquqi yardımlar göstərilib. Həmin şəxslər hazırda vətəndaşlıq alıb. Şəxsiyyət vəsiqəsi ilə təmin olunublar,"- deyə G.Ambroso qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti