Bakı. Humay Ağacanova - Trend:
Sosial şəbəkələrdə və bəzi saytlarda tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı görüntülər yayılıb.
Hadisənin baş verdiyi Xətai rayonunda yerləşən 3 saylı uşaq evindən Trend- ə bildirilib ki, tərbiyəçi köməkçisi uşağı vurub, valideyni bundan xəbərdar olduqdan sonra aralarında insident baş verib.
Bildirilib ki, artıq sözügedən tərbiyəçi işdən çıxarılıb.