...

Xəstəxanalara ən çox bu xəstəliklər üzrə müraciət olunur

Cəmiyyət 24 Yanvar 2022 12:16
Xəstəxanalara ən çox bu xəstəliklər üzrə müraciət olunur

Trend-i buradan izləyin

Bakı. Humay Ağacanova - Trend:

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən ötən ilin dekabr ayı ərzində 58 şəhər və rayonda 383 847 vətəndaşa 1 393 882 tibbi xidmət göstərilib.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinə dair 2021-ci il üzrə ilkin nəticələr mövzusunda mətbuat konfransı zamanı Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

O qeyd edib ki, ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, gözün və gözün əlavə aparatının xəstəlikləri və müəyyən simptomlarla bağlı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti