...

İlahiyyat İnstitutunda qış imtahan sessiyası başa çatıb (FOTO)

Cəmiyyət Materials 28 Yanvar 2022 12:18 (UTC +04:00)
İlahiyyat İnstitutunda qış imtahan sessiyası başa çatıb (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2021-2022-ci tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin qış imtahan sessiyası sona çatıb. Dörd həftə davam edən sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, əyani formada şifahi, ehtiyac olduğu təqdirdə, yazılı formada keçirilib.

Ali təhsil müəssisəsində xüsusi karantin rejiminin tələblərini, eyni zamanda, “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”i nəzərə alaraq, sessiyada tələbələrin bilik və bacarıqlarını göstərmələri üçün lazımi şərait yaradılıb.

İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində Qərargah və onun nəzdində Apellyasiya Komissiyası yaradılıb. Qərargah mövcud şəraitə uyğun olaraq fəaliyyət göstərib. Daxil olan müraciətlər, şikayətlər qısa müddətdə çevik şəkildə araşdırılaraq, lazımi tədbirlər görülüb.

İmtahan sessiyasının gedişatı İlahiyyat fakültəsinin dekanlığı, Tədris şöbəsi və aidiyyəti kafedralar tərəfindən izlənilib.

Qeyd edək ki, imtahan sessiyası müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) əsasən təhsilalanlara tələbə təqaüdü ilə yanaşı, Aİİ-də təsis olunmuş Heydər Əliyev adına, QMİ-nin təsis etdiyi Şeyxülislam adına və akad. Vasim Məmmədəliyev adına təqaüdlər veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti