...

2021-ci ildə 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

Cəmiyyət Materials 11 Fevral 2022 19:32 (UTC +04:00)
2021-ci ildə 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

Bakı. Samir Əli - Trend:

Ötən il pozuntulara yol verən bələdiyyələrin vəzifələri şəxsləri barəsində məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokollarla 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, cinayət xarakterli 27 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Trend xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, 2021-ci ildə 80 min bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib. 3 mindən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 9 100 hektar torpaq sahəsi geri qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti