...

Batut gimnastikası qaydalarında edilən dəyişikliklər idmançıların xeyrinə olacaq - Rusiyalı gimnast

Cəmiyyət Materials 12 Fevral 2022 21:36 (UTC +04:00)
Batut gimnastikası qaydalarında edilən dəyişikliklər idmançıların xeyrinə olacaq - Rusiyalı gimnast

Bakı. Cani Babayeva - Trend:

Düşünürəm ki, batut gimnastikası qaydalarına edilən dəyişikliklər idmançıların xeyrinə olacaq və onlar özlərini daha yaxşı göstərə biləcəklər.

Bu barədə Trend-ə rusiyalı gimnast, Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kuboku yarışlarının iştirakçısı Yana Lebedeva deyib.

"Batut gimnastikasında yeni qaydalar maraq doğurur, əvvəllər heç vaxt belə olmayıb. Biz buna hələ tam öyrəşməmişik, ona görə də bir az qeyri-adi hiss keçiririk. Düşünürəm ki, dəyişikliklər gimnastların xeyrinə olacaq," - deyə Y.Lebedeva vurğulayıb.

Rusiyalı idmançı Azərbaycana yarışlara dəfələrlə gəldiyini və Bakı səfərindən gələn hisslərin həmişə müsbət olduğunu qeyd edib.

Yana Lebedeva əlavə edib ki, yarış zamanı rəqibləri haqqında düşünməməyə çalışır, ancaq öz proqramına diqqət yetirir.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti