...

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 24 Fevral 2022 12:41 (UTC +04:00)
Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Fevralın 25-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman, gündüz çiskin olacaq. Cənub küləyi əsəcək.

Abşeron yarımadasında gecə 5-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 758 mm civə sütununa enəcək.

Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti