...

Bakı və Abşeronda Novruz yarmarkaları bu tarixdə olacaq

Cəmiyyət Materials 25 Fevral 2022 18:17 (UTC +04:00)
Bakı və Abşeronda Novruz yarmarkaları bu tarixdə olacaq

Bakı. Samir Əli - Trend:

Bakı şəhəri və Abşeron rayonu ərazisində “Kənddən Şəhərə” Novruz yarmarkaları təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, yarmarkalar 12-19 mart tarixlərində keçiriləcək. Yarmarkalarda iştirak etmək üçün fermerlər dəvət olunur.

Məlumatda bildirilir ki, fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər ləvazimatlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti