...

Dünyanın ən yüksək reytinqli universitetləri dövlət proqramına daxil ediləcək - Nazir

Cəmiyyət Materials 1 Mart 2022 14:47 (UTC +04:00)
Dünyanın ən yüksək reytinqli universitetləri dövlət proqramına daxil ediləcək - Nazir

Bakı. Humay Ağacanova - Trend:

Bu il dünyanın ən yüksək reytinqə sahib universitetləri xaricdə təhsillə bağlı dövlət proqramına daxil ediləcək.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev xaricdə təhsilə dair 2022–2026-cı illər üçün Dövlət Proqramı ilə bağlı keçirdiyi brifinq zamanı deyib.

O qeyd edib ki, bu il mərhələli seçim ediləcək.

"İlkin mərhələdə universitetlərin geniş siyahısı olacaq. Daha sonra mayın sonu - iyunda isə kənarda qalan və meyarlara uyğun gələn tələbələrin də dövlət proqram üzrə təhsil alması işinə baxılacaq".

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”ı təsdiq olunub. Hər il 400-ə yaxın tələbənin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti